Bakı Qarabağ üçün yeni PLAN HAZIRLAYIR - Ərdoğan və Putinlə görüşün SİRRİ
“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ, Türkiyə, daha sonra isə Rusiya rəhbərliyi ilə görüşlər keçirdi. Bu görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində yeni qərarların tapılmasıdır. Soçidə İlham Əliyevlə Putinin görüşündə də məhz bu məsələdə müzakirə olundu”.Publika.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi şərhçi İvan Cakayev deyib.
İ.Cakayevin ehtimallarına görə, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı yeni addımlar planlaşdırır.
“Buna görə də böyük dövlətlərin dəstəyini təmin etməyə çalışır. Hadisələrin xronologiyasına diqqət edək. İyulun 4-də erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücum etdi və iki yaşlı qızla onun nənəsi həlak oldu. Bu faciə Azərbaycanı ayağa qaldırdı, həmçinin, dünyaya xatırlatdı ki, münaqişə dondurulmayıb. Bu hadisədən sonra Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdə oldu. Orada ABŞ dövlət katibi Reks Tillersonla görüşdü. Danışıqların əsas mövzusu Ermənistanın təxribatları idi. Tillersonla görüşdən dərhal sonra İlham Əliyev Ərdoğanla görüşdü və onunla da Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Ən sonda isə Soçidə Putinlə eyni mövzunu müzakirə etdi. Fərziyyələr var ki, Dağlıq Qarabağla bağlı yeni beynəlxalq qərarın qəbul edilməsinə hazırlıq gedir”, - deyə rusiyalı şərhçi diqqətə çatdırıb.
Asif
Tarix: 29-07-2017, 23:53