Abbas Abbasov yenidən hakimiyyətə qarşı?
Rusiya yenidən “Abbas Abbasov kartı”nı Azərbaycana qarşı istifadə etməyə çalışır.
Bu barədə məlumatların ardı-arası kəsilmir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl haqqin.az saytının yazarı Leonid Şvets Şimali Qafqazda dislokasiya olunmuş 58-ci Rusiya ordusunun Gürcstanın separatçı Cənubi Osetiya bölgəsi də daxil olmaqla 7 günlük təlimlərə başlaması barədə yazısında da baş nazirin keçmiş müavini Abbas Abbasovun adını hallandırıb. Bu təlimləri Rusiyanın qonşularına, o cümlədən Azərbaycana təzyiq hesab edən yazar hesab edir ki, bu ərəfədə Abbas Abbasovun Kremldən “uğurlu sahibkarlıq fəaliyyəti”nə görə təşəkkür məktubu alması təsadüfi deyil.“Azərbaycanda isə Rusiyanın müəyyən dairələrinin Moskva-Bakı münasibətlərini korlamaq səyləri ilə bir vaxtda çoxdan yaddan çıxmış Abbas Abbasov, Azərbaycanın eks vitse-premyeri gözlənilmədən “zühur edib”. Kreml gözlənilmədən və heç bir formal səbəb olmadan ona “uğurlu sahibkarlıq fəaliyyəti”inə görə təşəkkür məktubu göndərib. Həmin məktub barədə Kremlin saytında heç nə deyilmir, ancaq Rusiya azərbaycanlılarının Federal Milli Muxtariyyəti öz saytında bu haqda geniş yazıb, Abbas Abbasovun fəaliyyətini mədh edib”,- Leonid Şvets yazıb.
Abbas Abbasovun 2013-cü ildə də Kremlin Azərbaycan hakimiyətinə qarşı layihəsində yer aldığı bildirilirdi. Həmin vaxt yaradılan “Milyarderlər İttifaqı”nın məhz Azərbaycanda hakimiyyət dəyişikliyi hazırlanan planın tərkib hissəsi hesab edilirdi. Milyarderlər İttifaqının rəhbəri isə Abbas Abbasov idi. Azərbaycan hakimiyyətinin baş nazirin keçmiş müavininə qarşı münasibətinin sərtləşməsi də məlumatların əsassız olmadığı qənaəti yaradırdı. İndinin özündə də hakimiyyətdə Abbas Abbasova qarşı münasibət olduqca pisdir.
Əgər Rusiya yenidən bu kartı işə salacaqsa güman ki, Abbas Abbasovun yaxınlarına qarşı cddi təzyiqlərə başlanacaq.
24saat.org
Tarix: 1-08-2017, 09:09