“Surət Hüseynov Rusiyanın seçki layihəsinə cəlb edilibsə...” - Moskvanın “B” planı

“Surət Hüseynov Rusiyanın seçki layihəsinə cəlb edilibsə...” - Moskvanın “B” planı “Şimaldan gələn təhlükəni dəf etmək üçün hakimiyyətlə müxalifət arasında uzlaşmaya ciddi ehtiyac var”.

Bu fikirəri Yenicag.Az-a açıqlamasında Rusiyanın Azərbaycanda gələn il keçiriləcək prezidenti seçkilərinə müdaxilə cəhdləri və keşmiş baş nazir Surət Hüseynovun seçkilər ərəfəsində fəallaşmasını şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

“Surət Hüseynov Rusiyanın seçki layihəsinə cəlb edilibsə...” - Moskvanın “B” planı ADP sədrinin fikrincə, seçkilər yaxınlaşdıqca Rusiyanın bu proseslə bağlı aktivliyi artırdığı açıq müşahidə olunmaqdadır:

“Mən də o fikirdəyəm ki, Rusiya Azərbaycanda 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərinə indidən ciddi şəkildə hazırlaşır. Yəni Moskvanın bu dəfə 2013-cü ildəkindən daha effektli bir plan hazırlayıb həyata keçirməyə çalışacağını düşünürəm.

Açıq deyək ki, Rusiya Azərbaycan hakimiyyətinin gələnilki seçkilərə yeni namizədlə – konkret olaraq Mehriban Əliyevanın namizədliyi ilə qatılmasının əleyhinədir.

Ona görə də Moskva Azərbaycana qarşı təzyiq xarakterli addımlarını sərtləşdirməyə başlayıb. Rusiyanın Xəzərdə hərbi təlimlər keçirməsi, Ermənistanı aətəşkəsi intensiv surətdə pozmağa təhrik etməsi bu qəbildən olan addımlardır. Gələcəkdə şimaldan gələn təzyiqlərin güclənəcəyi gözlənilir.

Düzdür, xəbərlər dolaşır ki, Rusiya Azərbaycandakı preziddent seçkilərində Abbas Abbasovun namizədliyi üzərində düşünür. Lakin məncə, həmin şəxs Abbas Abbasov yox, Azərbaycandakı Rusiyayönümlü “Beşinci kolon”un başqa bir təmsilçisi də ola bilər. Yəni Rusiyanın bir neçə ehtiyat variantı olacaq”.
Cəlaloğlu hesab edir ki, Surət Hüseynovun fəallaşmasında Rusiya amilinin nə dərəcədə rol oynadığı qarşıdakı yaxın dövrdə bilinəcək:

“Rusiyanın Azərbaycandakı seçkilərlə bağlı planında Surət Hüseynov, Rəhim Qazıyev və digərlərinin yer alması qətiyyən istisna deyil. Bu mənada Surətin fəallaşmaq cəhdi də bununla bağlı ola bilər. Hər halda, Rusiya o şəxslərin Azərbaycanda ictimai rəyə təsir imkanlarını nəzərə alaraq, müəyyən qərar verəcək. Surət Rusiyanın seçki layihəsinə cəlb edilibsə, bu, yaxın vaxtlarda özünü büruzə verəcək”.
Partiya sədri yaranmış şəraitdə hakimiyyətlə müxalifət arasnda uzlaşmanın yaranmasına ciddi ehtiyac olduğu qənaətindədir:

“Yenə deyirəm ki, Rusiya burada keçiriləcək gələnilki seçkilərə çox ciddi hazırlaşır və Azərbaycana qarşı təzyiqləri artırır. Belə bir vəziyyətdə hakimiyyətlə müxalifət arasında uzalşamaya daha çox ehtiyac var. Əks halda, proseslərin təhlükəli yöndə inkişafı qaçılmaz olacaq”.
Tarix: 1-08-2017, 17:59
Xəbəri paylaş





Xəbər lenti