Daha dörd ölkə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarına qoşulub
Daha dörd ölkə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarına qoşulub.Oxu.Az-ın RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlüksizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
Rəsmi Moskvanın Minsk razılaşmalarını yerinə yetirmədiyini deyən F.Mogerini Ukrayna, Monteneqro, Albaniya və Norveçin Aİ-nin Rusiyaya qarşı sanksiyaların müddətini uzadılması qərarına qoşulduğunu söyləyib.
“Bu ölkələr öz milli siyasətlərini Ai Şurasının qərarına uyğunlaşdıracaq. Aİ onlaırn bu qərarını alqışlayır.”
Albaniya və Monteneqro Aİ-na üzv olmaq üçün namizəd ölkələr sırasındandır. Norveç və Ukrayna namizəd ölkələri olmasa da Rusiyaya qarşı sanksiyalar məsələsində Aİ qərarına mütəmadi olaraq qoşulur.
İyunun 28-də Aİ Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzadıb.
Siam.az
Tarix: 2-08-2017, 19:59