ABŞ-ın Yaxın Şərq və ərəb yarımadasındakı uğursuzluqları bu regionu qan çanağına döndərib. Qərbin neoimperiya planları alt-üst olmaqdadır. 2011-ci ildə başladığı “ərəb baharı” projesi də iflas etdi. AnaXeber.az-ın Siyasət Şöbəsi yazır ki, Misir, Liviya, Tunis heç də aşırılan heykəllərin yerində demokratik və sivil hökumətlər qura bilmədilər. Suriyadan isə danışmağa dəyməz – hər şey göz qabağındadır.
ABŞ-ın Avropadakı Ukrayna layihəsi də fiasko etdi. Yanukoviçin devrilməsi Krımın ilhaqı ilə nəticələndi. Beləliklə, ABŞ Rusiya ilə geosiyasi mübarizədə Suriya və Ukraynada ciddi itkilər verdi.
Elə Rusiyaya da bu iki regiondakı müharibələr ucuz başa gəlmədi. Lakin Vaşinqton üçün “ərəb baharı” və Ukrayna böhranı bir dərs oldu ki, siyasi hakimiyyət çevrilişlərini müvəqqəti təxirə salsın.
Eyni zamanda oliqarx və merkantil maraqları üstün tutan Donald Trampın prezident seçilməsi ölkələrin daxili işlərinə müdaxilə olunmayacağı üzərində qurulub. Yəni, ABŞ çevrilişləri və pullu inqilabları təxirə salıb.
Bu o deməkdir ki, Mərkəzi və Orta Asiyada, o cümlədən Cənubi Qafqazda Rusiyanın dominantlığı davam edəcək, “Ağ ev” Kremlin bu regiondakı mövqelərinə göz yumacaq.
Ona görə də Azərbaycan, Ermənistan, Qırğızıstan, hətta İslam Kərimovdan sonra qaynayan Özbəkistanda yaxın gələcəkdə siyasi iqtidarların dəyişilməsi gözlənilmir.
Çünki Misirdə, Liviyada meydana çıxan islam hərəkatlarının idarəçiliyi ələ alması ABŞ-a bir dərs olmaqdadır. Bundan əlavə, Vaşinqton üçün indi Suriya böhranını həll etmək və Kürdüstan projesi daha əhəmiyyətlidir.
AnaXeber.az-ın Siyasət Şöbəsi yazır ki, yuxarıda çizdiyimiz mənzərə və siyasi xəritənin dikət etdiyi reallıqlar Azərbaycanda proseslərə ciddi təsir etməkdədir.
Bir tərəfdən Əliyevin Trampla yüksək əlaqələri, bir yandan Putinin Əliyevə təzyiqləri müşahidə edilir. Hətta politoloq Elxan Şahinoğlu da yazmışdı ki, Rusiya ABŞ-ın qisasını Azərbaycandan alır.
Bakının Vaşinqtonla yaxınlaşması Moskvanın ürəyincə olmayıb. O baxımdan dərhal təzyiq ekspedisiyası hərəkətlənib və Xəzər sularına üzməyə başlayıb.
Bütün bunlar 2018-ci il prezident seçkiləri ərəfəsində ABŞ-la Rusiyanın növbəti “soyuq müharibəsi”nin arsenalı Bakının olacağını deməyə əsas verir.
Kremlin Azərbaycan iqtidarına qarşı özünü “5-ci kolon”unu fəallaşdırmasına heç də Vaşinqotunun oturub tamaşa edəcəyinə inanmaq olmaz.
ABŞ o qədər əfəl və sadəlövh deyil ki, Cənubi Qafqazın yeganə neft ölkəsində keçirilən prezident seçkiləri ərəfəsində hakimiyyəti Moskvanın “cəza maşını” ilə təkbətək buraxsın.
Əlxüsus da, Trampla Əliyevin münasibətlərinin inkişaf dövrünü yaşadığı bir ərəfədə “Ağ ev”in rəsmi Bakıya yardım əlini uzadacağına ehtimal yüksəkdir.
Bu dəstəyin isə öz “5-ci kolon”unu Moskvaya qarşı çıxarmaqla nümayiş etdirə bilər. Yəni, Amerikanın şahmat taxtasındakı qambiti var və onun qısa bir zamanda tirajlanması mümkündür.
Qambit şahmat tərəflərdən birinin mərkəzdəki piyadaların inkişafını üçün verilən qurbandır. Qərbin də Putinin Abbas Abbasovunun qabağına qambit olaraq Fərhad Əliyevi çıxaracağı istisna edilmir.
Baş nazirin keçmiş müavini ilə sabiq iqtisadi inkişaf naziri iki supergüc dövlətlərin qambiti rolunda çıxış edirlər.
ABŞ-ın “Kliçko”su ilə Rusiyanın “Yanukoviç”i statusuna yaxın obrazda olan Abbasovla Əliyev missionerlərdir. Hər ikisi 2017-ci ildə fəallaşıblar.
Ərdoğanın xahişi ilə F.Əliyevin biznes qurmasına şərait yaradılıb, ÜAK ləğv olunar-olunmaz A.Abbasov aktivləşib, toplantılar keçirib, Putindən təşəkkür məktubu alıb.
Bütün bu hadisələr təsadüf deyil. Amerika 2018 seçkilərinə kənardan seyrçi qala bilməz. Vaşinqtonda yaxşı bilirlər ki, Moskvanın öz planları var.
Bu planlara kontur layihələr hazırlanmasa, Azərbaycan hakimiyyətini “rus ayı”sının pəncələri altında əzdirmək təhlükəsi ola bilər.
AnaXeber.az-ın Siyasət Şöbəsi yazır ki, 2018 seçkiləri ərəfəsində F.Əliyevin öz şəbəkəsini təzədən ayağa qaldırması real versiyadır.
Sabiq nazir A.Abbasov “kolon”una qarşı ən optimal variantdır. Onun fəallığı mətbuatda, anti-Rusiya çıxışlarında hiss edilə bilər.
Çünki Rusiyanın təkcə ABŞ-la münasibətləri soyumur, eyni zamanda bu ölkənin müttəfiqləri ilə də münasibətləri sərtləşir ki, həmin ölkələr də Azərbaycanın strateji tərəfdaşlarıdır.
Belə olan halda Moskva acığını Azərbaycandan çıxmağa başlayır. Eyni zamanda F.Əliyevin varlığı daxili çəkişmələrdə, oliqarx-nazirlərlə mübarizədə də faydalıdır.
Həbsdən sonra onun Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Kərəm Həsənov və başqaları ilə olan konflikt ocaqları sönməyib.
Əsasən də Kəmaləddin Heydərovla Fərhad Əliyev arasında bitməyən və yarımçıq qalan bir hesablaşma var. F.Əliyev məhz o fövqəl günü gözləyir ki, “fövqəlnazir”lə haqq-hesab çəksin.
K.Heydərovun isə onunla əks qütbdə olduğu bildirilir. Söhbət nazirin Rusiya ilə olan əlaqələrindən gedir. FHN rəhbəri məhz Putinlə Ərdoğanın barışmasında vasitəçilik etmişdi. Bunu türk baş nazir Binəli Yıldırım açıqlamışdı.
Belə bir nüfuza və çıxışa malik nazirlə amerikalıların gözünün işığı olan Fərhad Əliyevin seçki ərəfəsində kompromat savaşına çıxacağı gözləniləndir. Hakimiyyət isə “bir güllə ilə ik dovşan” vurmuş ola bilər.
Həm F.Əliyev A.Abbasovun qabağına çıxarılır, həm də K.Heydərovun syasi mövqeyinin zəiflədilməsinə müvəffəq olunur.
Son zamanlar fövqəlnazirin biznes imperiyasının əlindən alınması haqda da xəbərlər dolaşmaqdadır. Ziya Məmmədovdan sonra daha biri iri fiqurun yola salınması üçün hazırlıq getdiyi iddia olunur. Kəsəsi, Vaşinqtonun qambiti - Fərhad Əliyev gəlir...Siam.az
Tarix: 3-08-2017, 17:23