“Qüruba gedən Amerika yeni Türkiyənin doğuşunu sürətləndirir” – TƏHLİL
Bercan Tutar
Sabah (Türkiyə), 04.08.2017
Amerikanın Robert Kaplan kimi analitikləri “Atlantikanın günəşi batır, Rusiya, Çin və Türkiyə kimi köhnə imperiyalarınkı isə doğmağa başlayır” deyəndə, nahaq yerə qüvvə sərf etmirlər. ABŞ tam darmadağına yaxınlaşır: axı Orta Asiyada Rusiyaya, Sakit okean bölgəsində Çinə və Yaxın Şərqdə Türkiyəyə qarşı ssenarilərin əksəriyyəti məğlubiyyətlə bitir.
Buna görə də mövqeyi laxlamış atlantçılar hövsələdən çıxırlar. Başqa sözlə, sistemin baş problemi təkcə Trampın Twitter düşkünklüyündə deyil. Atlantika dünyası daha dərin böhrandan keçir. Türkiyə, Rusiya və Çinin müqaviməti ABŞ və AB-nin iki önəmli və böyük layihəsini pozub. Bunlardan birincisi Amerikanın “Afpak” layihəsidir. Əfqanıstandakı məğlubiyyətlə Xəzər və Orta Asiya enerji resurslarını Pakistan xəttiylə Fars körfəzinə və oradan dünya bazarlarına ötürmək yuxusu bitəndə Avrasiyada ağalıq strategiyası da iflasa uğradı. Hazırda Çinə nisbətdə sanksiyalar təhdidi və Pakistanda məhkəmə çevrilişi ilə bu prosesi geri döndərmək istəyirlər.
Atlantçıların iflasa uğramış ikinci layihəsi Suriyadır. Suriyada ABŞ-ın əsas məqsədi Qətər təbii qaz ehtiyatlarını Türkiyədən yan keçməklə PKK/PYD dəhlizi vasitəsilə Avropaya ötürülməsinin təminatı idi. Amma Ankara-Moskva ittifaqı bu layihəyə mane oldu. Deməli, ABŞ xarici siyasət elmi-araşdırma İnstitutunun 2013-cü il məruzəsində təklif olunub: “Qərbin bölgədə üstünlüyünü təmin etməyin səmərəli üsulu Suriyanın iki, ya üç dövlətə bölünməsi və yaxud federativ strukturların yaradılmasıdır”.
Lakin Türkiyənin qətiyyəti bu çirkin sui-qəsdləri əzəndə Suriyanın parçalamaq üsulları yenidən nəzərdən keçirildi. İşə “Rojava” (Suriya Kürdüstanı-tərc.) layihəsindən başladılar. PYD/Xalq özünü müdafiə dəstələri 2016-cı ilin martında federasiya elan etməklə, əslində, Rojava layihəsininn ləğvini rəsmən bəyan edib ki, bu da Suriyanın bölündüyünü rəmzləşdirir. Əlbəttə, təsadüfi deyil ki, bu dəyişiklilər həm Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd ərəfəsi dövrü, həm də Türkiyə, Rusiya və İranın münasibətlərində yeni mərhələnin başlanması ilə üst-üstə düşüb. Deməli, İranın rəhbərliyi altında “Rojava” layihəsinin əvəzinə ABŞ-ın rəhbərliyi ilə “şimal Suriyanın planı” fəaliyyətə başlayıb. Bir terrorçu təşkilatı hədəfə götürüb digərini öz tərəfinə çəkən ABŞ jonqlyorluq ritorikası ilə öz çirkli sui-qəsdini ört-basdır etməyə səy göstərib. O, YPG-nin adını dəyişib “Suriya demokratik qüvvələri” qoyub, bununla belə, terrorçulara göstərdiyi logistik dəstək Rakkada yerləşən qüvvələrin potensialını, demək olar, 16 dəfə üstələyir. Terrorçu təşkilatlara 900 yük maşını silah tədarükü də göstərir ki, əməliyyat təkcə İŞİD və Rakka ilə məhdudlaşmır.
Bütün ehtrimalları öncədən hesablamış Türkiyə 2016-cı il iyulun 15-dən sonra müdafiədən hücuma keçib. Təhlükəsizliyin bu yeni konsepsiyasının rəmzi 2016-cı ilin avqustunda başlanmış “Fərat qalxanı” əməliyyatı idi. İndi bu konsepsiya Qətərdə bazanın təşkili ilə yeni mərhələyə qalxıb. Bütün bunlar “yeni Türkiyə”nin təkcə şüar deyil, addımbaaddım gerçəkləşdirilən layihə olduğunun sübutudur. Deməli, Hantionqton 1996-cı ildə qeyd edib: “Türkiyə islam dünyasının polad nüvəsinə çevrilsə, onda “sivilizasiyaların müharibəsi”ndə ona hazırlanmış tikə-parça ölkə rolunu oynamağı tərk edəcək. Lakin bunu yalnız Atatürk miqyaslı lider edə bilər”.
Hər şey bu peyğəmbərliyin gerçəkləşdiyindən xəbər verir. Buna görə də Suriyanın parçalanması planını İranla iflasa uğratmış ABŞ hazırda öz planını (şimal Suriyanı) hazırlayır. O, bu qayda ilə öz niyyətyini də, məğlubiyyətini də gizlətməliydi. Amma nahaq yerə!
Tərcümə Strateq.az-ındır.
Tarix: 5-08-2017, 23:27