Oxu atıb dalınca qaçma siyasəti –Türklər Almaniyanı niyə bu qədər sevir və nifrət edir? - ARAŞIRMA

Oxu atıb dalınca qaçma siyasəti –Türklər Almaniyanı niyə bu qədər sevir və nifrət edir? - ARAŞIRMA Mustafa Sönməz

“Al-Monitor”



AKP iqtidarının xüsusilə son illərdə atdığı bəzi diplomatik addımların mühüm "yol qəzalarına" səbəb olması və bunun nəticəsində Türkiyənin iqtisadi sanksiyalara, embarqolara məruz qaldası artıq məlumdur. Rusiya ilə yaşanan təyyarə böhranı bunlardan biri idi və o yara hələ də qaysaq bağlamayıb.


Kremllə gərginlik tətbiq etdiyi sarsıdıcı iqtisadi embarqolara nəticələnmişdi. İxracatda məhdudiyyət, inşaat sərmayələrinin dayandırılması, turistlərə viza və Türkiyə üçün böyük əhəmiyyət daşıyan rus turistlərin sürətlə azalması Türkiyə iqtisadiyyatına ağır ödənclə başa gəlib.

AKP iqtidarının Türkiyə-Rusiya münasibətlərini müəyyən dərəcədə təmir etsə də, o, köhnə səviyyəsinə gəlib çıxmayıb.

Böyük bir ölkə ilə yaşanan bu böhranın dumanı hələ heç çəkilməmiş Türkiyə Körfəzdəki Qətər-Səudiyyə oxlu gərginlikdə də tərəf olub və açıq şəkildə olmasa da, Qətərə qol-qanad verərək sünni İslam blokuna və xüsusilə Səudiyyə Ərəbistanına qarşı çıxıb. Bu vəziyyət Türkiyə ilə həmin blokun iqtisadi əlaqələrinin gərginləşməsi riskini astanaya gətirib. İndilərdə Türkiyə çəkişən tərəflər arasında, bir növ, vasitəçilik edərək, hər iki tərəfin iqtisadi imkanlarından da məhrum qalmamağa çalışır.

Bu cür gərginliklərin digəri isə Avropa İttifaqının (Aİ) lideri kimi sayılan Almaniya ilə yaşanmağa başlayıb. Almaniyanın uzun zamandır Türkiyədə demokratik hüquqların məhdudlaşdırılması, insan haqlarının pozulması, hüquq dövlətinə yaraşmayan işlərə görə AKP iqtidarını tənqid edir. Bu tənqidlərin dozasını zaman-zaman kansler Angela Merkel artırır. O, Almaniya vətəndaşı olan jurnalistin və insan haqları müdafiəçilərinin həbsinə görə rəftarını sərtləşdirib və bu, iqtisadiyyata da təsir göstərib.

Türkiyə ilə sıx iqtisadi inteqrasiyası olsa da, Almaniya rəhbərliyinin əlindəki kartların nə qədərini oynaya, xüsusilə özəl sektoru sanksiyalara nə qədər qatmağı bacara biləcəyi məlum deyil.

Almaniyanın Türkiyə qarşısında mütləq bir iqtisadi üstünlüyü açıq-aydındır. Türkiyə iqtisadiyyatının Qərb kapitalizmi ilə-ildən ilə artan inteqrasiyasında Almaniya üstünlüyü həmişə qoruyub. İxrac-idxal, yəni xarici ticarət dövriyyəsi ilə baş tutan inteqrasiya həm 1970-ci illərin idxal-iqamətçi təcrübə modeli dövrü, həm də 1980-ci illər sonrası xaricə açılma birbaşa Almaniya sərmayəsi ilə davam edib.

Çoxu sənaye sektoruna aid bu investisiyalar zamanla xidmət sahəsinə da yayılıb. Birbaşa investisiyalarla bərabər, Türkiyə sənayeçiləri, texnologiya və “know-how” istifadəsində Almaniya variantına daha çox müraciət edib. Turizmdə alman səyyahlar uzun illər Türkiyə üçün ağırlıq təşkil edərkən, Almaniyanın 1950-ci illərdən etibarən işçi boşluğunu da türk qürbətçilər doldurub və zamanla Almaniyada əhəmiyyətli bir komponent meydana gətirib.

Bu inteqrasiyanın indi çatdığı ölçülərin rəqəmsal ifadəsi, Almaniyanın və Türkiyənin əllərindəki kartları anlamaq baxımından faydalıdır. Türkiyə-Almaniya arasında xarici ticarət vasitəsilə inteqrasiyanın həcmi də oxuna bilər.

2016-cı ildə Türkiyənin Almaniyaya əhəmiyyətli qismi istehlak malı olan sənaye məhsulu ixracatının məbləği 14 milyard dollar olub. Almaniyadan çoxu maşın-avadanlıqlar olan idxalın məbləği 21,5 milyard dollardır. Bu, təxminən 35 milyard dollarlıq xarici ticarət dövriyyəsidir.

Dünyaya illik ixracatı 2016-da 1,2 trilyon dolları olmuş Almaniya Aİ ixracatının da 70 faizini təkbaşına həyata keçirir. Belə bir ixrac nəhənginin Türkiyəyə 20-21 milyard dollarlıq mal satması o qədər də tutarlı deyil. Amma illik ixracatı 140 milyard dollar olan Türkiyə üçün ixracatın 10%-ini Almaniya ilə etmək əhəmiyyətlidir. Eyni şəkildə ildə 1 trilyon dollarlıq idxalat edən Almaniya üçün Türkiyədən 14 milyard dollarlıq mal almaq nəzərəçarpan sayılmır, amma idxalatının 10%-ini Almaniya ilə edən Türkiyə üçün çox mühümdür.

Birbaşa investisiyalar baxımından da vəziyyət fərqli deyil. Almaniya xaricə 2,1 trilyon dollar kapital çıxarıb. Türkiyə bu investisiyalardan yalnız 13 milyard dollarlıq pay alıb – mində 6%-lık bir pay. Almaniya baxımından bu pay çox əhəmiyyəti olmaya bilər, amma birbaşa investisiya stoku ancaq və ancaq 125 milyard dollar olan Türkiyə üçün bu investisiyaların 10%-inin alman firmalarına aid olması əhəmiyyətlidir.

Almaniya kredit tədarükçüsü olaraq da Türkiyə üçün mühüm tərəfdaşdır. Türkiyənin xüsusi sektoru 209 milyard dolları yaxın və uzun müddətli borclanmanın 10%-ini alman maliyyə təşkilatları tərəfindən reallaşdırıb.

Turizm sektorunda Rusiyadan gələnlərin artması ilə Almaniya ikinci pilləyə düşüb. Bu gün alman turistlərin sayında azalma müşahidə edilir. 2015-ci ildə 36 milyon səyyahın 5,6 milyon nəfəri Almaniyadan idi. 2016-da turist sayı 25,4 milyon nəfərə düşərkən, Almaniyadan girişlər 3,9 milyona qədər enib. Bu azalmada Türkiyənin artan riskləri, əlbəttə, əhəmiyyətli rol oynayıb.

Bir sözlə, Almaniya Türkiyə üçün laqeyd qala bilməyəcəyi tərəfdaşdır. Bundan əlavə, Türkiyə Aİ-yə namizəd ölkə olduğu üçün birliyin lideri olan Almaniya ilə yaxşı əlaqələrə malik olmalıdır. Çünki illik milli gəliri 3,5 trilyon dollar olan Almaniya Aİ hasilatının 21%-i deməkdir.

…Siyasətçilər atdıqları hər addımın konkret nəticələrini seçicilərinə bildirmək məcburiyyətindədir. Ox yaydan çıxdığına görə hədəf vurulmalıdır. Əks təqdirdə, hesabı siyasətçilər ödəyə bilər.



Tərcümə: Strateq.az
Tarix: 7-08-2017, 14:55
Xəbəri paylaş





Xəbər lenti