3 rayonun icra başçısı yol üstündədir - Onlardan biri Yasamal RİH-ə göndərilə bilər
Daha 3 rayonun icra hakimiyyətinin başçısı dəyişdirilə bilər.
Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.Xəbəri verən mənbə iddia edir ki, Gəncə şəhərinin, həmçinin Şamaxı və Qaradağ rayonlarının icra hakimiyyətlərinin başçıları dəyişdirilə bilər.
Mənbənin dia.az-a söylədikləri: "Onlardan yalnız biri karyerasına davam edəcək ki, həmin şəxsin Yasamal RİH-ə rəhbər göndəriləcəyi haqda məlumatlar dolaşır".
Tarix: 10-08-2017, 14:46