Seçki Məcəlləsinə dəyişiklik edilə bilər...

Seçki Məcəlləsinə dəyişiklik edilə bilər... 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yayılan xəbərlərə görə, qarşıdakı seçki marafonu ərəfəsində Seçki Məcəlləsinə hansısa dəyişikliyin edilməsi gözlənilir...

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinbin üzvü Çingiz Qənizadə açıqlama verib.

Deputat Seçki Məcəlləsinə hər hansı bir ciddi dəyişikliklərin edilməsinin gözlənilmədiyini deyib.

“Amma nəzərə alsaq ki, 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına seçki ilə bağlı bəzi məsələlərdə dəyişiklik edildi. Azərbaycan xalqı bu dəyişikliklərə səs verdi. Ola bilsin ki, həmin boşluğun qanunauyğun doldurulması üçün hansısa dəyişiklik edilsin. Amma bütün hallarda, yəni indiki Seçki Məcəlləsi, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər hesab edirəm ki, ən demokratik seçki sisteminin həyata keçirilməsi üçün qüvvədə olan qanun bazasından biridir”. (Modern.az)

Siam.az
Tarix: 11-08-2017, 08:06
Xəbəri paylaş





Xəbər lenti