İKİ XƏBƏR VƏ REALLIQ… - Şərhsiz

İKİ XƏBƏR VƏ REALLIQ… - Şərhsiz Azərbaycan KİV-nin yaydığı bir xəbərdə deyilir ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Rusiyanın paytaxtı Moskva şəhərində jurnalistlər qarşısına çıxıb və xeyli «ilıq» açıqlamaları ilə gündəmə gəlib.
Rusiya-Azərbaycan hərbi əməkdaşlığına toxunun nazir deyib: «Əməkdaşlığımız hərbi sahənin bir çox imtiqamətləri üzrə inkişaf edir – hərbi-texniki əməkdaşlıq, hərbi tədris, birgə təlim və məşğələlər… Hesab edirəm ki, perspektivlərimiz böyükdür. Bu əməkdaşlığı davam etdirəcəyik».


Açığı, hərbi tədris məsələsi məni xeyli qayğılandırdı. Görəsən, Rusiyanın hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantlar Rusiya silahlı qüvvələri Baş kəşfiyyat İdarəsi (BKİ) tərəfindən «verbovka»ya məruz qoyulmurlar ki?

İkinci xəbər isə cəbhə bölgəsində vəziyyət barədədir. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardın da istifadə etməklə, gün ərzində atəşkəs rejimini 136 dəfə pozub!

Atəşkəs barədə Bişkek protokolunun imzalandığı vaxtdan (1994) günümüzə qədər ötən 23 ildə hər gün belə «svodka»nı oxuyuruq, eşidirik. Ona görə «svodka» yazdım ki, Rusiya ilə gerçəkdən necə sıx əməkdaşlıq etdiyimizi bir daha nəzərə çatdırım – bu «axmaqlığıma» görə, hörmətli oxuculardan üzrə istəyirəm!

Bildiyimiz qədərində, Rusiyanın bir ordu hissəsi üzdəniraq Ermənistan respublikasında yerləşir. İnd də Rusiya Ermənistanla birgə ordu yaradıb və verib kərtənkələ sifətli Serjikin sərəncamına. Belədə, istər-istəməz, düşünürəm: Gün ərzində bizim tərəfə 136 dəfə atəş açanların neçəsi rus, neçəsi ermənidir?!

İndi isə hörmətli oxuculardan soruşmaq istərdim: Sizcə, Rusiya ilə Azərbaycanın hərbi əməkdaşlığının çağdaş vəziyyəti nə yerdədir, perspektivləri nə qədər böyükdür və hansı istiqamətdə inkişaf edə bilər?

Suala cavab tapsanız, zəhmət çəkib, «Qaçqınkom»un sədri, «milli oliqarx» Əli Həsənova göndərin.

Mirzə AĞ
AzPolitika.info
Tarix: 13-08-2017, 15:20
Xəbəri paylaş





Xəbər lenti