«Türkiyə antirusiya sanksiyalarına qarşıdır» - Ankara

«Türkiyə antirusiya sanksiyalarına qarşıdır» - Ankara «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ankara Rusiya ilə qarşılıqlı siyasi fəaliyyətə üstünlük verir və antirusiya sanksiyalarına qarşı çıxır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu «Türkiyə» qəzetinə verdiyi müsahibədə bəyan edib.

«Biz, sanksiyalar barədə eşidəndə, onu dəstəkləmirik. Biz, problemlərin həllinin başqa üsullarını axtarırıq. Ona görə də Rusiyaya yönəlik sanksiyalara qoşulmadıq və siyasi kompromisə və konstruktiv dialoqa üstünlük veririk» – deyə, Çavuşoğlu qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfdən tətbiq olunmuş ərzaq embarqosu Türkiyə iqtisadiyyatına zərər vurur. Rəsmi məlumatlara görə, Rusiya tərəfin pomidor qadağası tətbiq etməsindən sonra Türkiyənin bundan itkiləri 2,0 milyard dollar təşkil edir.

Xatırladaq ki, 2014-cü ildə ABŞ və Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə əl atıblar və bunu Krımın ilhaqı və Ukraynanın cənub-şərqindəki münaqişə ilə əlaqələndiriblər. Buna cavab olaraq, Rusiya 6 avqust 2015-cü il tarixində bu ölkələrdən idxal olunan ərzaq məhsullarına embarqo tətbiq edib. Embarqo 31 dekabr 2018-ci il tarixinə qədər qüvvədədir və müddəti sonradan uzadıla bilər.
Tarix: 14-08-2017, 07:47
Xəbəri paylaş





Xəbər lenti