Hakimiyyətə qarşı kampaniya aparan və mühacirətdə yaşayan bəzi keçmiş məmurlar seçkiqabağı aktivləşiblərUlus.Az-ın Siyasət Şöbəsinə mötəbər qaynaqlardan verilən xəbərdə, keçmiş spiker Rəsul Quliyev, sabiq deputat Hüseyn Abdullayev, Baş nazirin eks-müavini Abbas Abbasov qırmızı xətt kimi keçir.
İqtidarla yolları ayrılandan sonra ona düşmən kəsilən və üz döndərən bəzi keçmiş hökumət adamlarının xaricdən kampaniyalar aparması heç də onların ssenariləri deyil. Bu şəbəkənin qolları genişdir və Azərbaycan əleyhinə görülən işlərə dəstək verirlər.
Lakin Azərbaycan dövləti və onun rəhbərliyi heç də siyasi iradəsi olmayan bir hökumət deyil. Həmin dairələrin məkrli planlarına və uğursuz layihələrinə hakimiyyət çoxdan bələddir.
Mənbə qeyd edir ki, ölkəni tərk edən keçmiş məmur korpusunda sabiq deputat, Londonda olan Rza İbadov, Beynəlxalq bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin xaricdəki qanadı iqtidara qarşı gizli işlər görməkdə ittiham olunurlar.
Bu şəbəkənin qolu Rüstəm İbrahimbəyovdan Gültəkin Hacıbəyliyə, Ziya Məmmədovdan Səfər Əbiyevə qədər uzanır. Məsələn, deputat Qüdrət Həsənquliyev açıqca demişdi ki, bəzi məmurlar İ.Əliyevdən yox, bağlı olduqlarını ölkələrdən qorxurlar.
Əgər onun fikirləri səhih informasiyaya söykənirsə, deputatın ifadəsi əsasında araşdırma aparıla bilər, həmin məmurların kimliyi təsbit olunar, araşdırmanın yekunu olaraq onlara vətənə xəyanət ittihamı ilə cinayət işi açıla bilər.
Ulus.Az-ın Siyasət Şöbəsinə mötəbər qaynaqlardan verilən xəbərdə bildirilir ki, Azəbaycan hökuməti onlara dirijor çubuğu ilə idarə olunan kukllar kimi baxır.
Ancaq ictimaiyyət sözügedən deputatı hakimiyyətin “mətbəx”inə bələd olan biri kimi tanıyır. O baxımdan müsahibədə dedikləri çox ciddi prosesin başlanğıcından xəbər verir.
Sitat:
“Yəni bu vəzifə sahibləri qorxurlar ki, Rusiyanın, İranın əleyhinə kəskin bəyanat verən biriylə salamlaşar, görüşərsə, bu, o dövlətlərin xoşuna gəlməyə bilər. Belələri bizim prezidentdən daha çox həmin ölkələrin dövlət başçılarından qorxurlar. Bu dediklərim təkcə Rusiyaya, İrana aid deyil. Biz 15 iyulda Türkiyədə baş verən hadisələrdən sonra gördük ki, Azərbaycan siyasətində elə adamlar var, prezidenti asanlıqla tənqid edir, ancaq Ərdoğanın adını belə çəkməyə qorxurlar”.
Q.Həsənquliyev də onu demək istəyir ki, məmurlar sabitliyin xaricdən pozulacağını öz beyinlərinə yeridiblər.
Sitat: “Bəzi məmurlarda o düşüncə hakimdir ki, ölkədə sabitliyin əsasında böyük güclərin razılaşması durur və o razılaşma olmazsa, istənilən vaxt sabitlik pozular.
Üstəlik, bəzilərində hətta o fikir hakimdir ki, sən hakimiyyətə, dövlətə nə qədər sadaqətli olursan-ol, əgər hansısa xarici güc istəsə, çox asanlıqla sənin vəzifədən götürülmənə nail ola bilər. Və indi belələri, prezidentdən daha çox, həmin xarici dövlətlərdən qorxur, onların kursuna uyğun davranış üsulu seçirlər”.
Mənbə bildirir ki, sabiq baş nazir Surət Hüseynov, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov müəyyən əlaqələrə malikdirlər. Eyni zamanda keçmiş rektor Elşad Abdullayev də bu siyahıda var.
O xəbərlər də var ki, A.Abbasov yenidən fəallaşıb, Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün başına toplamaq işinə girişib. Onun yaxın dostu, sabiq nəqliyyat naziri Ziya Məmmədovun işdən uzaqlaşdırılması ilə hakimiyyətlə olan bütün gizli bağları da corab söküyü kimi süzülüb.
A.Abbasov oğlunun mandatını itirməsindən sonra bütün ailəsini Bakıdan çıxarıb. Bildirilir ki, A.Abbasov son aylar Rusiya regionlarındakı keçmiş tərəfdarlarını Moskvadakı gizli ofisinə toplayaraq təlimatlandırır.
Tarix: 15-08-2017, 00:35