Ermənistan Putinsiz və Qarabağsız gələcəyə hazırlaşır: YENİ SSENARİ
ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar rəsmi Moskva ilə yanaşı, İrəvanı da ciddi narahat edib. İndi İrəvanda Rusiyanın gələcəyinə bağlı olaraq Ermənistanın gələcəyi və Qarabağ münaqişəsi ilə bağlı müxtəlif fikirlər səslənir."Rusiyanın Ermənistandakı mənfəəfti bizim təsəvvür etdiyimizdən daha çoxdur. Biz də Rusiyadan daha çox şey istəməliyik. Təkcə bizə verməli olduqlarını yox, həm də Rusiyanın bizə etməli olmadıqlarını istəməliyik. Rusiyanın Azərbaycana silah satması qəbuledilməzdir. Çünki Azərbaycan həmin silahlardan erməni tərəfinə qarşı istifadə edir. Rusiya təhlükəldir. Çünki etibarlı tərəfdaş deyil".
Cebhe.info xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən Regional Tədqiqatlar Mərkəzinin direktoru Rişard Kirokosyan deyib.
Onun sözlərinə görə, Ermənistan regionda Rusiyanın yeganə etibarlı tərəfdaşıdır. Ancaq Rusiyada da Türkiyə kimi gücə hörmət edir. Başqa ölkələrin nümunəsinə baxın: Nazarbayev, Lukaşenko, anlayın ki, biz öz hüququmuzu, müstəqillyimizi, maraqlarımızı təkid etməliyik".
Kirakosyan bildirib ki, bir neçə ay sonra Ermənistan Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalayacaq: "Sənəd imzalanandan sonra Ermənistan daha çox azad olacaq".
Rusiyada 2018-ci ildə keçiriləcək parlament seçkisindən sonra Ermənistanla münasibətlərə gəlincə, ekspert bunları söyləyib: "Yəqin ki, dəyişiklik olmayacaq. Seçki ədalətli olmur, orda da Ermənistandakı kimi müxalifət yoxdur. Ermənistanın gələcəyinə baxanda bizi ən çoxPutinsiz gələcək narahat etməlidir. Zəif Rusiya Ermənistan üçün daha təhlükəlidir. Biz məhz bu ssenariyə hazırlaşmalıyıq".
Xəzər
Tarix: 16-08-2017, 15:33