İşsizlik, yoxsulluq, boşanma, intihar...ÖLkə qaranlıq tuneldə...

İşsizlik, yoxsulluq, boşanma, intihar...ÖLkə qaranlıq tuneldə... 2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb.
Bu ilin təkcə yanvar ayında 36 nəfər intihar edib. Bu 7 ay ərzində intiharların statistikasına nəzər salsaq dəhşətli rəqəmlər alınacaq.


Anaxeber.Az-n Analitik Mərkəzi yazır ki, sosial ədalətsizlik, bərabərsizlik, harınlıq və qudurğanlıq, xalqın neft pullarının talan edilməsi, xalqın sərvəti olan Xəzərin çəpərlənməsi, daxmaların yanında ucalan villalar, ən savadsız adamların irəli çəkilməsi, məmur uşaqlarının aqressiya yaratması, bankların kasıbları soyması sosial gərginliyə, intihara, aztəminatlı ailələrdə boşanmalara səbəb oldu.


Varlı ailələrində boşanmalar istisnadır, o da şəxsi və qeyri-sosial səbəblərdən baş verir. Ona görə də 2017-ci ilin statistikalarına baxanda hökumətin idarəçili nəticəsində ölkənin 90-lardan betər bir situasiyaya gətirib çıxarıldığına şahidik.
2017-ci il depressiya, ümidsizlik, intiharlar, insanların gələcəklə bağlı narahatlığı, işsizlik, kredit borcları və bahalaşma ilə başladı. Buna səbəb iqtisadi vəziyyətin ağırlaşması, işsizlik, yoxsulluq, əhalinin gəlirlərinin azalması və xərclərinin çoxalmasıdır.


Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb.
Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.
Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur.
Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır.
Hətta güzəştləri olan məcburi köçkünlərin də durumu pisləşir, imtiyazlar azalır. Paralel olaraq kommunal xərclərin artırılır.
Minlərlə ailə kirayələrdə, çörəksiz, şəraitsiz vəziyyətdədir. Vətəndaşlar kredit borclarını ödəyə bilmir.
Bir tərəfdən də iş yerlərinin açılması əvəzinə bağlanması getdikcə əhalini bədbinləşdirir. İnsanlar bir tikə çörək qazanmaq üçün gecə-gündüz çalışdığı yerlərdən məhrum olunur.



Bəs, bu adamlar hara getsinlər? Harada işləsinlər? Ailələrinin üzünə necə baxsınlar? Uşaqlarına istədiyi hədiyyələri hansı pulla alsınlar? Bu suallara cavab verilmir.
Müəllim intihar edir, yazar intihar edir, psixoloq özünü öldürür, başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır.
İntihar bu qədər adiləşməyə başlayır. Bu intiharların arxasında cəmiyyətdə olan sosial ədalətsizlik, işsizlik, yoxsulluq, ailə yolagetməzliyi və s. var.



Anaxeber.Az yazır ki, hakimiyyət bu problemləri birmənalı olaraq üzərinə götürməyə bilər. Elə birbaşa ittiham etmək də subyektiv tənqid kimi qiymətləndirilməlidir.
Lakin real vəziyyətin yaranması, intihar və boşanmaların artması məhz ölkədəki iqtisadi idarəçilikdən irəli gələn problemlərdir.
Sorğular və analizlər, statistikalar təsdiqləyir ki, yoxsulluğun, işsizliyin az olduğu ölkələrdə boşanma və intiharlar nadir hallarda baş verir.
İnsanlar firavan yaşayır, çalışır, ümidlidir, övladlarının təhsili ilə məşğuldur, yay və qış tətillərində əylənir, dincəlir, ailəvi istirahətlərə, restoranlara gedir, ölkələrə səyahətə çıxır, pikniklər təşkil edir.
Azərbaycanda bu təbəqə devalvasiyaya qədər müəyyən qədər yaranırdı. Amma manatın qatilləri ölkəni alt-üst edərək xalqı yenidən köhnə əyyama qaytardılar. İndi 90-lardakı yoxsulluq olsa da, 90-lardakı ümid yoxdur və nəticə intiharlarla öz əksini tapır.
Son iki ildə bir sıra nüfuzlu əcnəbi şirkətlər də Azərbaycandan gedib. Dövlət statkomun məlumatına görə, keçən il 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb.


Xarici kapitallı təşkilatların getməsi investisiyaların ölkədən çıxması ilə bərabər əlavə işsizlik yaradır. Bu şirkətlərin çoxu neft və infrastruktur layihələrində iştirak edirdilər, əksəriyyətində yüzlərlə azərbaycanlı çalışırdı.
Ticarət mərkəzləri, iaşə obyektləri, digər satış mərkəzləri affekt vəziyyətindədir, onlarda olan obyektlərin çoxu işini dayandırıb. İcarə verənlərin sayı çox, icarəyə götürmək istəyən yoxdur.
Məmurlar Azərbaycanı iqtisadi fəlakətin içərisinə sürükləyir. Prezidentin sosial-iqtisadi islahatlarının əksinə gedən Nazirlər Kabineti ölkədə sosial gərginlik üçün zəmin yetişdirir.
İqtisadiyyatın ağır durumda olması, əhalinin kreditləri ödəyə bilməməsi, kommunal xərclərin qalxması, rayonlarda insanların bir tikə çörək uğrunda sözün həqiqi mənasında savaş aparmasını nəzərə alsaq məmurların prezidentlə xalqı üz-üzə qoyduğunu görmək olar...
Siam.az
Tarix: 17-08-2017, 08:16
Xəbəri paylaş





Xəbər lenti