”Rəsulzadənin Bakıda bir dənə də olsun heykəli yoxdur, halbuki...”
Sabir Rüstəmxanlı: “O, bütün Şərq dünyası üçün əvəzsiz bir sima idi”
Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək. Bəs həmin Cümhuriyyəti quranların xatirəsi yetərincə əbədiləşdirilibmi?Anaxeber.az-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu istiqamətdə ciddi addımlar atmağın vacib olduğunu vurğuladı:
“Cümhuriyyəti quran insanların hər birinin xatirəsinin əbədiləşdirilməsi vacibdir. Təsəvvür edin ki, Bakıda M.Ə.Rəsulzadənin bir dənə də olsun heykəli yoxdur. Halbuki, Rəsulzadə sadəcə Azərbaycan üçün deyil, o vaxtkı Şərq dünyası üçün əvəzsiz bir sima idi. O, dahi bir insan idi. Həm ağlı, həm şəxsiyyəti, həm də gördüyü işlərlə bunu sübut edib. O, bizim tariximizin ən parlaq simalarından biridir. Axı niyə Bakıda onun layiqli bir heykəli olmasın?
Hesab edirəm ki, Cümhuriyyəti quranların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. Çünki onlar buna tamamilə layiqdirlər.”
Siam.az
Tarix: 17-08-2017, 14:36