“Bu gün baş verənlərin iqtidara ziyandan başqa heç bir xeyri yoxdur” - ”Bu, medianın susdurulmasına hesablanıb”
Mirmahmud Mirəlioğlu: “Qərb Azərbaycana bundan daha sərt mövqe sərgiləməyəcək”
Son vaxtlar ölkəmizdə mediaya qarşı yeni təzyiqlər müşahidə edilməkdədir.
Baş verənlər Qərbin Azərbaycana qarşı daha sərt mövqe sərgiləməsinə səbəb ola bilərmi? Ümumiyyətlə, mövcud media siyasəti ölkəmizin beynəlxalq nüfuzuna nə vəd edir?Anaxeber.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Qərb Azərbaycana bundan daha sərt mövqe sərgiləməyəcək. Qərb yeni bir bəyanat verəcək və məsələ bununla da bitəcək.
Mətbuata qarşı artan təzyiqlər hakimiyyətin demokratiyadan uzaq olduğunun göstəricisidir. “Turan” İnformasiya Agentliyi və onun rəhbəri Mehman Əliyev qədər hakimiyyətə loyal olan, hakimiyyətin islahatlar aparacağına inanan və oxucularını buna inandıran ikinci bir şəxs yoxdur. “Turan”la bağlı baş verənlər izahı olmayan bir addımdır. Bu agnetlik Qafqazda ilk demokratik agentlikdir. “Turan” bu vaxta qədər Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıb. Bu, medianın susdurulmasına hesablanıb. Baş verənlərin Azərbaycana, eləcə də iqtidarın özünə ziyandan başqa heç bir xeyri yoxdur”.
Anaxeber.az
Tarix: 21-08-2017, 08:56