Dennis ROSS
“Washington Post”
Mən İranla nüvə razılaşmasının pərəstişkarı deyiləm. Bu saziş İranın nüvə proqramına məhdudiyyətlər qoysa da, 2030-cu ildən sonra onun həcminə və ya xarakterinə heç bir real qadağanı nəzərdə tutmur.
İranın nüvə silahı əldə etmə səyinə son qoymaq yerinə, bu saziş sadəcə onu təxirə salır. Doğrudur, iranlılar nüvə silahı əldə etməməyi və ya nüvə proqramını inkişaf etdirməməyi öhdələrinə götürüblər, üstəlik, buna can atmadıqlarını söyləyirlər, amma bunun əksinin aydın sübutları var.
Beləliklə, 12 il sonra müqavilənin bəzi müddəalarının qüvvədən düşməsi ilə təhlükə yenidən dirçələ bilər, amma bu, əsla prezident Trampın may ayında razılaşmadan uzaqlaşması mənası vermir. O, sazişdən çıxarsa, bu, yeganə, birtərəfli çıxış olacaq.
Avropalılar, xüsusilə administrasiya ilə danışıqlar aparmaq və bir sıra güzəştləri (İranın ballistik raket sınaqlarına sanksiya, İranın 2030-cu ildən sonra edə biləcəyini və iranlıların bölgədəki qeyri-sabitləşdirici hərəkətlərini məhdudlaşdırmaq) qəbul etmək istəyəndən sonra Trampın gedişinə qatılmayacaqlar.
Hətta ingilis, fransız və almanlar administrasiyanın ayağına getməyə hazır olmadıqları halda belə, onlar Tramp administrasiyasının müqavilə ilə əlaqədar narahatlıqlarını qəbul etdilər və ən azı qismən onunla anlaşmağa hazır idilər.
“Gəzinti” sona çatacaq. Bu, iranlıları deyil, Birləşmiş Ştatları təcrid edəcək. Çünki iranlılara təzyiq, yalnız ABŞ-a başqaları da qoşulduğu zaman həmişə təsirli olub.
Əslində, Avropa İttifaqı İran neftini boykot etmək qərarına gəldikdə, İran həqiqətən də sıxışdı və sanksiyaların olduğu müddətdə heç vaxt bunu etməyəcəyini bəyan etdikdən sonra danışıqlar aparmağa başladı.
Təəssüf ki, avropalılar sadəcə müqaviləyə sadiq qalmayacaqlar; onlar iranlıları qoruya bilmək üçün çox şeyə əl atacaqlar və iranlılar Avropanın qorxuları ilə necə oynayacaqlarını bilirlər. Onsuz da Tehran yeni və daha təsirli sentrifuqalar qurmaq üçün sürətlə hərəkət edə biləcəyini bəyan edir və onların buraxılışını məhdudlaşdırmır.
Əlbəttə, bu, Avropada müharibə riskinin artması ilə bağlı qorxuları saxlayacaq və onlar iranlıları müqavilədə qalmağa təşviq edəcəklər.
Administrasiyada iranlılarla işləyən Avropa şirkətlərini sanksiya tətbiqi ilə təhdid edərək, Avropaya təzyiq edə biləcəyini söyləyənlərə etibar etməyin. Avropalılar həmişə belə ikibaşlı sanksiyalara müqavimət göstərib və Trampın Avropa ictimai fikri ilə maraqlanmadığını nəzərə alsaq, çox az lider ABŞ-ın təhdidlərinə boyun əyəcək.
Şübhəsiz, bəzi Avropa bankları və şirkətləri potensial ABŞ sanksiyalarından ehtiyatlanacaq, bu, onların İrana sərmayə yatırmasına təsir göstərəcək.Ancaq bu qorxu ABŞ-ın müqavilədən çəkilməməsi halında belə mövcuddur.
Terrorizm və insan hüquqları pozuntularını dəstəklədiyinə görə İran əleyhinə sanksiyalarımız onsuz da qüvvədə qalır. Bu, İranın nüvə müqaviləsindən gözlənilən iqtisadi mənfəətlərin yoxluğundan şikayətlərini izah etməyə kömək edən reallıqdır.
Amma Amerikanın səyləri ilə bağlı narahatlıqlarım daha dərindir. Bu, nəticə olmadan İrana sərt rəftar illüziyası yaradır. İranın meydana gətirdiyi təhlükə – bölgədəki genişlənməsidir. Hökumətləri boğmaq üçün o, şiə könüllüləri və vəkillərindən istifadə edir. Suriyadakı münaqişədə iştirakını təmin edərək, şiə militanları (və şiə dinc sakinləri) hesabına sünni bölgələrinə yerləşməklə, qaçqınların evlərinə dönməsini maneə törətməklə, demoqrafik tarazlığı dəyişməyə çalışır. Bununla da Suriyada hərbi qiyam ehtimalını davamlı etmə nəzərdə tutulur.
Xatırladım, İran Suriyada getdikcə daha çox təhlükə törədir. İsrailin hava sahəsinə bir dron yolladıqda, İsrailə vəkilləri vasitəsilə deyil, birbaşa meydan oxunub.
İsraillilər “Hizbullah”ın malik olduğu 120 mindən çox raketlə, Suriya və Livanda qabaqcıl idarəetmə sistemlərinin hazırlanmasına dair planları ehtiva edən Suriyadakı İran hərbi iştirakının genişlənməsi ilə rahat yaşaya bilməyəcəklərini açıqlayıblar. İsrailin miqyası, nisbətən az sayda kritik hərbi və mülki infrastruktur hədəfləri bu deməkdir ki, İranın növbəti addımı halında, gözləməyə tab yoxdur.
Əlbəttə, israillilərlə İran/“Hizbullah” arasında müharibənin necə başlayacağını təsəvvürə gətirmək asandır, amma sonu – çətin.
Suriyada iranlıların, onların vəkillərinin yayılması və hərbi potensialını inkişaf etdirmənin məhdudlaşdırılması Tramp rəhbərliyinin təməl məqsədi olmalıdır. Ancaq Trampın dediyi şəkildə yox: "Bunu azca gözləməlisiniz".
Bizim prioritetimiz əslində, İranın real təhlükəsini kütləşdirmək və bunun başqalarından asılı olduğunu söyləmək deyil, bu məqsədə dəstək vermək tələb olunur.
Tramp razılaşmadan uzaqlaşmanın Tehranda çətinliklər yaradacağına inanır. Bu, düz deyil. O, əsl təhlükəni görmür və iranlıları qələbə qazandırır. Onlar biləcəklər ki, ABŞ yalqızdır və regionda etdiklərini dayandırmaq üçün heç bir mənalı təzyiq olmayacaq.
Böyük kinayə budur ki, müqavilənin yaratdığı zəifliklərlə mübarizə aparmaq və çəkindirməni gücləndirmək üçün bir yol var: iranlıların bölgədəki davranışlarına təpki veriləcək.
İranla razılaşma nüvə məsələsində möhlət idi, indi bu möhlət bitib.
Tərcümə Strateq.az-ındır
* Dennis Ross – sabiq ABŞ prezidentləri Reyqan, ata-Buş, Klinton və Obama administrasiyalarında təhlükəsizlik üzrə müşavir olub.