Azərbaycan hakimiyyətindəki ruspərəst qüvvələrin son prezident seçkiləri ilə bağlı hazırladığı plan barədə çox önəmli məlumatlar almışıq.Adının açıqlanmasını istəməyən mənbənin
“Hürriyyət”ə sızdırdığı məlumata görə, 5 gün sonra keçiriləcək seçkinin nəticələri indidən müəyyənləşdirilib.
Maraqlıdır ki, seçki məzhəkəsi üzərində qurulan əsas oyun yarışın qalibi yox, məğlubları ilə bağlıdır. Məlumata görə, ruspərəst qüvvələr ən çox səs toplayan məğlub ünvanını BAXCP sədri Qüdrət Həsənquliyevə vermək istəyirlər. Bununla da növbəti parlament seçkilərində ana müxalifət ünvanının ona verilməsi planlaşdırılır.
Mənbəmiz iddia edir ki, bu sifariş şəxsən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan gəlib:
“Azərbaycan hakimiyyətindəki ruspərəst qüvvələrin son prezident seçkiləri ilə bağlı hazırladığı plan barədə çox önəmli məlumatlar almışıq.
Adının açıqlanmasını istəməyən mənbənin “Hürriyyət”ə sızdırdığı məlumata görə, 5 gün sonra keçiriləcək seçkinin nəticələri indidən müəyyənləşdirilib.
Maraqlıdır ki, seçki məzhəkəsi üzərində qurulan əsas oyun yarışın qalibi yox, məğlubları ilə bağlıdır. Məlumata görə, ruspərəst qüvvələr ən çox səs toplayan məğlub ünvanını BAXCP sədri Qüdrət Həsənquliyevə vermək istəyirlər. Bununla da növbəti parlament seçkilərində ana müxalifət ünvanının ona verilməsi planlaşdırılır.
Mənbəmiz iddia edir ki, bu sifariş şəxsən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan gəlib:“Kəmaləddin Heydərov MSK-dakı qüvvələrinə nəyin bahasına olursa-olsun BAXCP sədrini ikinci şəxsə çevirmək göstərişi verib. MSK-dakı əksəriyyət isə Kəmaləddin Heydərova bağlı olduğundan bu planın baş tutmaması hələlik mümkün görünmür”.
Bildirildiyinə görə, Kəmaləddin Heydərovun və digər ruspərəst qüvvələrin bu addımı atmağa vadar edən səbəblər var. Səbəblərdən biri seçki debatları zamanı açıq-aşkar müxalif mövqe ortaya qoyan və seçicilər arasında böyük rəğbət qazanan ADP lideri Sərdar Cəlaloğlunun ictimai rəydə digər rəqiblərini üstələməsidir. Çıxışlarında Sərdar Cəlaloğlunun Rusiyaya qarşı mövqeyi ilə qazanacağı nüfuzun səsvermənin nəticələrində də özünü büruzə verəcəyi gözlənilir və bu ehtimal ruspərəst qüvvələri çəkindirir. Çünki ictimaiyyətə təsir edə biləcək yeni gücün ortaya çıxmasının hakimiyyətdəki ruspərəstlərin sıxışdırılmasına yol aşacağından ehtiyatlanırlar və nəyin bahasına olursa-olsun parlamentdəki üstünlüyü əldə saxlamağa çalışırlar. Bununla da seçkidən sonra bəzi islahatlara, o cümlədən ciddi kadr dəyişikliyinə hazırlaşan ölkə rəhbərinə parlamentdə təzyiq etmək istəyirlər.
Qeyd olunur ki, Azərbaycan siyasi iradəsi prezident seçkilərindən sonra kompleks islahatlara getməyə hazırlaşır. Seçkilərdən sonra hökumətin avtomatik istefaya getməsi bu niyyətin həyata keçirilməsini asanlaşdırır. Yeni qanunvericiliyə əsasən, yeni komandanı müəyyənləşdirmək səlahiyyəti ölkə başçısında olduğundan plan heç bir əlavə qalmaqala ehtiyac duymadan reallaşdırıla bilər. Sözügedən ehtimalda maneə kimi ortaya çıxa biləcək yeganə qüvvə isə parlamentdir. Baxmayaraq ki, məhz bu ehtimal nəzərə alınaraq iki il əvvəl keçirilən (2016-cı il 26sentyabr) referendumla prezident parlamenti buraxmaq səlahiyyəti əldə edib, fəqət Milli Məclisdə başlayacağı güman olunan etiraz dalğası ictimai rəyi azdıra və arzuolunmaz situasiyalara zəmin yarada bilər.
Bildirilir ki, Azərbaycan siyasi iradəsi bu gərginliyə yol verməmək üçün prezident seçkilərindən dərhal sonra parlament seçkiləri keçirməyə hazırlaşır. Milli Məclisin tərkibini tamamilə dəyişdirməyə hesablanmış bu seçkilər nəticəsində, gözlənilən islahatların əsas maneəsi də aradan qaldırıla bilər. Kəmaləddin Heydərov və onun komandası da məhz bu ehtimalı aradan qaldırmaq üçün status-kvonun qorunmasında maraqlıdırlar.
Əldə etdiyimiz digər məlumata görə, “fövqəlnazir”in Azəbaycandakı bütün imkan və səlahiyyətləri faktiki əlindən alındığından, o, yeni islahatların ilk qurbanının özü olduğunu anlayır, bunun üçün də son kozırlarını oynayır.
Bununla belə, mənbəmiz “fövqəlnazir”in xarici dayaqlarının güclü olduğunu, müxtəlif mənbələr hesabına əlində 15 milyard dollar civarında maliyyə saxladığını iddia edir. Onun fikrincə, bu ciddi maliyyə imkanı ilə “fövqəlnazir” hələ də ölkədə istədiyi təxribatı törədə biləcək qüdrətdədir.
Amma Azərbaycan siyasi iradəsinin bu “kal armud”dan xilas olmaqdan başqa çarəsi də yoxdur. Əks halda ölkəni uçuruma sürükləyən status-kvonu dəyişdirmək mümkün deyil. Üstəlik, ölkə rəhbərliyində Kəmaləddin Heydərovun Rusiyadakı müəyyən dairələrlə Azərbaycanda hakimiyyəti təhvil almaq barədə razılığa gəldiyi barədə də ciddi şübhələr var.
Məlumata görə, BAXCP sədrinin debatların son günü son anda qərbpərəst qüvvə kimi çıxış edən Sərdar Cəlaloğluna hücumunun əsas səbəbi də əslində qlobal güc mərkəzləri arasında gedən rəqabətdən qaynaqlanır.
“Hürriyyət”MSK-dakı qüvvələrinə nəyin bahasına olursa-olsun BAXCP sədrini ikinci şəxsə çevirmək göstərişi verib. MSK-dakı əksəriyyət isə Kəmaləddin Heydərova bağlı olduğundan bu planın baş tutmaması hələlik mümkün görünmür”.Bildirildiyinə görə, Kəmaləddin Heydərovun və digər ruspərəst qüvvələrin bu addımı atmağa vadar edən səbəblər var. Səbəblərdən biri seçki debatları zamanı açıq-aşkar müxalif mövqe ortaya qoyan və seçicilər arasında böyük rəğbət qazanan ADP lideri Sərdar Cəlaloğlunun ictimai rəydə digər rəqiblərini üstələməsidir. Çıxışlarında Sərdar Cəlaloğlunun Rusiyaya qarşı mövqeyi ilə qazanacağı nüfuzun səsvermənin nəticələrində də özünü büruzə verəcəyi gözlənilir və bu ehtimal ruspərəst qüvvələri çəkindirir. Çünki ictimaiyyətə təsir edə biləcək yeni gücün ortaya çıxmasının hakimiyyətdəki ruspərəstlərin sıxışdırılmasına yol aşacağından ehtiyatlanırlar və nəyin bahasına olursa-olsun parlamentdəki üstünlüyü əldə saxlamağa çalışırlar. Bununla da seçkidən sonra bəzi islahatlara, o cümlədən ciddi kadr dəyişikliyinə hazırlaşan ölkə rəhbərinə parlamentdə təzyiq etmək istəyirlər.
Qeyd olunur ki, Azərbaycan siyasi iradəsi prezident seçkilərindən sonra kompleks islahatlara getməyə hazırlaşır. Seçkilərdən sonra hökumətin avtomatik istefaya getməsi bu niyyətin həyata keçirilməsini asanlaşdırır. Yeni qanunvericiliyə əsasən, yeni komandanı müəyyənləşdirmək səlahiyyəti ölkə başçısında olduğundan plan heç bir əlavə qalmaqala ehtiyac duymadan reallaşdırıla bilər. Sözügedən ehtimalda maneə kimi ortaya çıxa biləcək yeganə qüvvə isə parlamentdir. Baxmayaraq ki, məhz bu ehtimal nəzərə alınaraq iki il əvvəl keçirilən (2016-cı il 26sentyabr) referendumla prezident parlamenti buraxmaq səlahiyyəti əldə edib, fəqət Milli Məclisdə başlayacağı güman olunan etiraz dalğası ictimai rəyi azdıra və arzuolunmaz situasiyalara zəmin yarada bilər.
Bildirilir ki, Azərbaycan siyasi iradəsi bu gərginliyə yol verməmək üçün prezident seçkilərindən dərhal sonra parlament seçkiləri keçirməyə hazırlaşır. Milli Məclisin tərkibini tamamilə dəyişdirməyə hesablanmış bu seçkilər nəticəsində, gözlənilən islahatların əsas maneəsi də aradan qaldırıla bilər. Kəmaləddin Heydərov və onun komandası da məhz bu ehtimalı aradan qaldırmaq üçün status-kvonun qorunmasında maraqlıdırlar.Əldə etdiyimiz digər məlumata görə, “fövqəlnazir”in Azəbaycandakı bütün imkan və səlahiyyətləri faktiki əlindən alındığından, o, yeni islahatların ilk qurbanının özü olduğunu anlayır, bunun üçün də son kozırlarını oynayır.Bununla belə, mənbəmiz “fövqəlnazir”in xarici dayaqlarının güclü olduğunu, müxtəlif mənbələr hesabına əlində 15 milyard dollar civarında maliyyə saxladığını iddia edir. Onun fikrincə, bu ciddi maliyyə imkanı ilə “fövqəlnazir” hələ də ölkədə istədiyi təxribatı törədə biləcək qüdrətdədir.Amma Azərbaycan siyasi iradəsinin bu “kal armud”dan xilas olmaqdan başqa çarəsi də yoxdur. Əks halda ölkəni uçuruma sürükləyən status-kvonu dəyişdirmək mümkün deyil.
Üstəlik, ölkə rəhbərliyində Kəmaləddin Heydərovun Rusiyadakı müəyyən dairələrlə Azərbaycanda hakimiyyəti təhvil almaq barədə razılığa gəldiyi barədə də ciddi şübhələr var.Məlumata görə, BAXCP sədrinin debatların son günü son anda qərbpərəst qüvvə kimi çıxış edən Sərdar Cəlaloğluna hücumunun əsas səbəbi də əslində qlobal güc mərkəzləri arasında gedən rəqabətdən qaynaqlanır.