Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərbin ultimatumları qarşısında əyilməyəcək.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, XİN başçısı bununla əlaqədar deyib: “Biz heç vaxt ultimatumlar altında əyilməyəcəyik, bu, Rusiya ilə danışılması lazım olan dil deyil”.
Qərb ölkələrindən qovulmuş rusiyalı diplomatlarla görüşdə Lavrov vurğulayıb ki, Rusiya bu hərəkətlərə müvafiq cavab verəcək.