Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bir daha məmur özbaşınalığına toxunmuşdu. Dövlət başçısı incə mesajlar vermişdi
FİA.Az xəbər verir ki, həmin ismarıclar icra başçılarına ünvanlanıb. Belə nəticə hasil olur ki, seçkidən sonra icra hakimiyyəti rəhbərlərinin fəaliyyətinə nəzarət daha da gücləndiriləcək.
Əslində, 33 rayonun dövlət dotasiyasının kəsilməsi icra başçılarına bir cəza idi ki, öz daxili resursları hesabına bölgələri inkişaf etdirsinlər. Hərçənd, dəstək yenə var.
İ.Əliyev müsahibəsində bildirirdi: “Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək.
Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Mənim regionlara dalbadal səfərlərimdən sonra yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır.
Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir.
Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq”.
Aprel seçkilərindən sonra bu siyasətin təkmilləşdirilməsi regionlarda icra başçılarının bəzilərinin vəzifəsini itirməsi, bəzilərinin töhmət alması ilə müşahidə olunacaq.
Çünki elələri var ki, şəhidin haqqını yeyib, eləsi çıxışında biabırçılıq edib, eləsi böyük pullar mənimsəyib, eləsi də söyüşlə danışıb.
Son zamanlar Gəncənin icra başçısı Elmar Vəliyevin, Zərdabın icra hakimi Lütvəli Babayevin, Göyçayın icra başçısı Mehdi Səlimzadənin, Laçının icra başçısı Aqil Nəzərlinin adlarını çəkmək olar. Onların adları ən rüsvayçı qalmaqallarda çəkilir.
Bundan əlavə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun, Abşeronun xanım başçısı İradə Gülməmmədovanın ad müxtəlif neqativ işlərdə keçib.
Artıq prezident Administrasiyası icra başçılarının nazı ilə oynamaq niyyətində deyil. Onların hər birinə şəxsən prezident İlham Əliyevin adı ilə xəbərdarlıq olunub. Təxminən 30-a yaxın icra başçısına isə son xəbərdarlıq olunub. Onların fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb.
Və əmin olunub ki, artıq yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar. Odur ki, həmin icra başçılarına qəti və son xəbərdarlıq olunub.
Elə buna görə də həmin icra başçıları mətbuatla münasibətləri qaydaya salmaqla, rayondan göndərilən şikayətlərin dərc edilməsinə qarşı da tədbirlər görməyə başlayıb.
Aprel seçkilərindən sonra İcra Hakimiyyəti orqanlarının fəaliyyət funksionnalığı məhdudlaşdırılacaq.
Prezidentin müsahibəsindən də görünür ki, ASAN xidmət modeli daha çox inkişaf etdiriləcək və İH-lərinin səlahiyyətləri azaldılacaq.
Bu xüsusda Ucar, Hacıqabul, Saatlı, Şəmkir, Gədəbəy, Binəqədi, Xətairayonlarının icra hakimiyyətlərində də dəyişikliklər gözləniləndir.
Son vaxtlar Gədəbəyin icra başçısı Ramiz Yediyarovla Şəmkirdəki həmkarı Alimpaşa Məmmədovun əməlləri heyrət doğurur.
Həmçinin, Şamaxı icra başçısı Asif Ağayevin şəhid ailəsinə qarşı hörmətsizliyi, Daşkəsən icra başçısı Əhəd Abıyevin aprel qazisi ilə bağlı qalmaqalı diqqət çəkməkdədir.
Dövlət başçısı qazilərə, şəhid ailələrinə qarşı hörmətsizlik edən, insanları aşağılayan icra başçıları ilə işləmək istəmir.
Eyni zamanda pambıq məhsuldarlığında geri qalan rayonların adları prezident tərəfindən müşavirədə açıqlanmışdı. Həmin rayonların icra başçıları yeyintiyə yol vermişdilər.
Neftçala icra başçısı İsmayıl Vəliyev, Hacıqabul şefi Əhməd Muxtarov, İmişli icra hakimi Vilyam Hacıyevlə də bağlı ölçü götürüləcək.
Prezident yaşlı icra başçıları ilə vidalaşmağa hazırlaşır. Yasamalın icra başçısı olmuş İbrahim Mehdiyevdən sonra növbədə bir neçə rayon rəhbəri var
Məlumata görə, Zaqatala icra başçısı Mübariz Əhmədzadə, Sabirabadın icra başçısı Nazim İsmayılov və başda Bakı meri Hacıbala Abutalıbov olmaqla qocaman icra başçıları vəzifələri ilə sağollaşacaqlar.
Siyahıda Şəkinin icra başçısı Elxan Usubov, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev və başqaları da var.
Dövlət başçısı özü kimi xarici dilləri bilən, Qərb ölkələrini görmüş gənc kadrları rayonlarda icra başçısı təyin etməyə hazırlaşır.
Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.
İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.
Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var.