Ərdoğan danışdı, qırğız lider heçə saydı - FETÖ detalı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qırğız həmkarı Sooronbay Jeenbekov arasında Ankarada Prezident Sarayında baş tutan görüşdə qəribə durum yaşanıb.Axar.az xəbər verir ki, görüş zamanı Ərdoğan FETÖ şəbəkəsinin 15 iyul qiyamından, FETÖ-çuların Qırğızıstan üçün böyük təhlükə yaratdığından danışıb və ardınca isə bu şəbəkənin iki ölkə münasibətlərinə xələl gətirməyə çalışdığını əlavə edib.
Lakin Ərdoğanın qırğız həmkarı bu sözlərə heç bir əhəmiyyət verməyərək çıxışında FETÖ strukturu və şəbəkəsi barədə bir söz belə deməyib.
Jeenbekovun bu mövqeyi türk mediasında böyük əks-sadə yaradıb və geniş müzakirəyə çıxarılıb.
Birmənalı olaraq, əksəriyyət qırğız liderin bu mövqeyindən sonra FETÖ şəbəkəsinin Qırğızıstanda böyük dayaqlara malik olduğu qənaətinə gəlib.
Qeyd edək ki, hələ 15 iyul qiyamından sonra bir çox ölkədə FETÖ məktəbləri bağlandığı halda, Qırğızıstan hökuməti bu təhsil ocaqlarını qapatmaqdan imtina etmişdi.
Tarix: 10-04-2018, 08:44