“Türkiyə onların müstəqil hərbi gücə çevrilməsinə yol verə bilməzdi və vermədi də”


Zərdüşt Əlizadə: “Lavrovun təklifi həm Türkiyənin, həm də Rusiya və Suriyanın marağına uyğundur”




Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə müraciət eədərk Afrini yenidən Suriya hökumətinin nəzarəti altına qaytarmağa səsləyib. Lavrovun sözlərinə görə, artıq Afrində nizam yaratmağın ən sadə yolu məhz budur.

Maraqlıdır, Suriyada anti-terror əməliyyatları zamanı Türkiyəyə əngəl yaratmayan Rusiyanın mövqeyindəki bu dəyişiklik nə ilə bağlıdır? Doğrudanmı Rusiya türk ordusunun Afrində möhkəmlənməsindən narahatdır?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu təklifin həm Türkiyənin, həm də Suriya və Rusiyanın marağına uyğun olduğunu vurğuladı:

“Türkiyənin Afrinə həmlə etməsi onunla bağlı idi ki, bu həmlədən əvvəl ABŞ kürdlərə geniş hərbi dəstək verəcəyini qeyd etmişdi. Bildirmişdi ki, 30 minlik qoşun formalaşdıracaq. Kürdlərin Suriya cəbhəsində müstəqil hərbi gücə çevrilməsinə Türkiyə yol verə bilməzdi. Ona görə də Afrinə hücuma keçdi.

Türkiyə Afrini ələ keçirib, kürd yaraqlılarını dağıdıb. ABŞ-ın öz niyyətini gerçəkləşdirməsinə imkan verməyib. Türkiyə əvvəldən bəyan etmişdi ki, öz qoşunlarını Suriya ərazisində saxlamaq niyyətində deyil. Bu əməliyyatlar zamanı Rusiya Türkiyəyə heç bir maneə yaratmadı. Bu gün isə Rusiya bildirir ki, Afrin Suriyanın nəzarətinə qaytarılmalıdır. Hansı ki, Türkiyənin həməsinə qədər Afrində söz sahibi YPG və Amerika idi. Türkiyə bu qüvvələri Afrindən çıxartdı. Bu gün Suriya öz qanuni ərazisinə nəzarət edə bilər. Bu, həm Türkiyənin, həm də Suriya və Rusiyanın marağına uyğundur”.

 

Seymur Əliyev

Tarix: 10-04-2018, 21:07
Xəbəri paylaş





Xəbər lenti