Deputat Hadı Rəcəblinin çıxışları prezidentin də səbrini daşırıb
FİA.Az xəbər verir ki, millət vəkili qırmızı xətləri aşaraq hakimiyyətlə xalq arasındakı körpüləri yandırır.
Və bu o zamana təsadüf edir ki, iqtidar xalqın həssaslığına əhəmiyyət verir: seçkilər, xarici təhlükə, Avropadakı kampaniya...
H.Rəcəbli isə kursdan kənar açıqlamaları ilə xalqın əsəblərini tarıma çəkir. Yetər. Bəsdir. Dəfələrlə Prezident Administrasiyasından çıxışlarına görə xəbərdarlıq alır.
Fəqət susmur və yeri gəldi-gəlmədi cəmiyyətin etiraz hissini körükləyən sözlər dilə gətirir.
Bu, onun üçün sondur. H.Rəcəblinin 2020 parlament seçkilərində iştirakı yasaqlanacaq. Səbəbləri var...
Son günlər Hadı bəyin çıxışları, səsləndirdiyi bəyanatlar yumşaq desək, belə təsəvvür yaradır ki, o, Azərbaycan cəmiyyətinin maraqlarına cavab verməyən çalışmalarından əl götürməyib, əksinə, fəaliyyətinin antixalq mahiyyət və miqyasını bir qədər də genişləndirib.
Məsələn, bir neçə gün bundan əvvəl H.Rəcəbli belə fikir səsləndirmişdi ki, əhalinin müəyyən qisminə dövlətin göstərdiyi sosial yardım, insanları ələbaxımlığa öyrədir.
Odur ki, bu yardımı ya ləğv etmək, ya də nağd pul şəklində yox, natura formasında (məsələn, qoyun) ödəmək lazımdır.
Sonradan isə Hadı bəy «natura ilə yardım vasitələri»nin siyahısını bir qədər də genişləndirərək, deyib ki, insanlara balıq yox, balıq ovlamaq üçün tilov vermək lazımdır.
Görünür, Hadı bəy hələ də fərqində deyil ki, dövlətin ödədiyi sosial yardım insanlara minik avtomobili və ya yaxta almaq üçün yox, acından ölməkdən xilas etmək üçün verilir.
Belədə, imkansıza Hadı bəyin dövlət adından təklif etdiyi 3-5 qoyun 2-3 dəfə doğub da «pula çevrilən»ə qədər bu zavallı kasıb bəs, nə yeməlidir?!
Görünür ki, kasıb əhaliyə dövlətin bu «çörəkpulu yardımı» Hadı bəyi çox narahat edir.
Hadı Rəcəbli müəllimləri də yaddan çıxartmayıb. Bu insan görün nə qədər amansız bir deputatdır ki, kasıbçılıqdan üzülmüş Azərbaycan müəlliminə daş karxanasını göstərdi ki, gedib daş daşısın!
Cəzasızlıq mühiti Hadını daha da irəlilərə getməyə sövq etdi və nəhayət ki, o, «antisosial, antixalq siyasətsizlik» fəaliyyətinin «şah əsəri»ni yaratdı – dünyada misli görünməmiş əhalinin pensiya təminatı haqqında «buynuzlu» bir qanun «qayırıb», ortaya atdı.
Yüz minlərlə zavallı Azərbaycan insanı heç bir mənəvi-elmi-sosial və iqtisadi əsası olmayan bu «qanunciyəzin» qurbanına çevrildi!
Yəni, çıxışları da, layihələri də anti-Azərbaycandır. Seçkiqabağı isə prezidentin səbrini daşırdı. Odur ki, axırıncı deputatlığıdır.
FİA.Az xəbər verir ki, H.Rəcəblinin antisosial siyasəti barədə azpolitika.info-da geniş məqalə dərc olunub. Kəskin tənqid olan materialda qeyd olunur ki, H.Rəcəbli xalqa “divan tutur.
Sitat: “İndi bunca antisosial Hadı durub deyir ki, mən Allah adamıyam, evimdə, iş otabımda Qurani-Kərim var, bütün nəslim-cəddabam Hacıdır və s… Daha buna nə deyəsən?
Kasıb-kusubu çörəkpuluna möhtac edən bu adam deyəsən, nə danışdığının fərqində deyil və ümumiyyətlə, mütəmadi olaraq, həm də günortadan sonra da «qatıqlayır»!
Görünür, Şəki camaatı daşa basan zaman, daşlardan bir neçəsi onun başına dəyib. Bu da Qurani-Kərimi həmin «zədəli başı» üzərində qalxana çevirib, Azarbaycan insanına «sosial divan» tutur!
Başqa bir misal. Təxminən, 1999-2000-ci illərdə Azərbaycanda kimsəsiz uşaqların əcnəbilərə (və vətəndaşlığı olmayan şəxslərə) «övladlığa verilməsi» kimi xeyli tühaf bir çalışmanın «qanuni bazası»nın hazırlanmasında Hadı bəyin müstəsna rolunu qeyd etməmək ədalətsizlik olardı.
O zaman Hadı Rəcəbli və digər «qanunbaz»lar zavallı körpələrin əcnəbi dələduzlara satılmasını əsaslandırmaq üçün ortaya belə bir arqument atmışdılar ki, uşaqların varlı əcnəbilərə övladlığa verilməsi elə həmin uşaqların özlərinin mənafeyinə uyğundur!
Bir «arqument» də var idi – əcnəbilərə övladlığa yalnız xəstə uşaqlar verilir. Amma sonradan məlum oldu ki, Azərbaycanda «xəstə» elan olunmuş uşaqların əksəriyyəti ABŞ-da (və digər ölkələrdə) tam sağlam çıxıb!”
Ən nəhayət, "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün” deyən Hadi Rəcəblinin ailə biznesi:
– Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
– Lənkəranda yerləşən "Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
– Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
– Bakıdakı "DNS Computers” şirkətinin 4, Sumqayıtda isə 1 mağazası.
Bu, sadəcə KİV-də bəlli olan adi siyahıdır. Əslində, çox böyük imkanlara malikdir.