Rusiya prezidenti Vladimir Putin İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda Suriya məsələsini müzakirə edib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Putin Netayhudan Suriyadakı vəziyyəti daha da qeyri-stabil vəziyyətə sürükləyən addımlardan çəkinməyi istəyib.
Putin Suriyanın suverenıiyinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb və ölkənin təhlükəsizliyinə zidd olacaq hərəkətlərdən uzaq durmağa çağırıb.
Xatırladaq ki, bir neçə gün öncə İsrailə məxsus iki ədəd F-15 təyyarə Suriyanın hava məkanına daxil olmadan “T-4” hərbi hava bazasına 8 raket atmışdı.