ABŞ Müdafiə naziri:"Suriyadakı daxili savaşı Cenevrə danışıqları çərçivəsində bitirəcəyik"



ABŞ Müdafiə naziri Ceyms Mettis Suriyadakı daxili savaşı Cenevrə danışıqları çərçivəsində bitirəcəklərini bəyan edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, Suriyada kimyəvi silah hücumu ilə bağlı hazırda sübut axtardıqlarını deyib:

“Biz Suriyada – Şərqi Qutada kimyəvi silah tətbiq edilməsinə inanırıq. Hazırda bununla bağlı sübut axtarırıq, dəlilləri toplayırıq”.

Mettis kimyəvi silah tətbiqində Rusiyanı günahlandırıb.

O, Suriyaya qarşı hər hansı bir hücumla bağlı konqresi məlumatlandıracaqlarını da bildirib: “Hələlik isə Suriya ilə bağlı konkret qərar verməmişik”.

Onu da qeyd edək ki, Prezident Tramp az əvvəl Suriya ilə bağlı məsləhətləşmələrə başladıqlarını deyib: “Artıq əlaqədar qurumların rəhbərləri ilə məsləhətləşirik, yaxın günlərdə qərarımızı verəcəyik”.


Tarix: 12-04-2018, 22:35
Xəbəri paylaş





Xəbər lenti