ABŞ prezidenti Donald Trampın dövlət katibi postuna namizədliyini irəli sürdüyü Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Suriyada bu yaxınlarda yüzlərlə rusiyalının həlak olduğunu bəyan edib.
Virtualaz.org bildirir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
“Suriyada bir neçə həftə əvvəl rusiyalılar layiqli düşmənlə üz-üzə gəldi və bir neçə yüz nəfər həlak oldu”,- deyə Pompeo ABŞ dövlət katibi postuna təyinatı ilə bağlı Senatda keçirilən dinləmədə bildirib.
Pompeo konkret olaraq hansı hadisəni nəzərdə tutduğunu aydınlaşdırmayıb. Bununla belə, siyasi şərhçilər hesab edirlər ki, məxfi xidmət orqanının rəhbəri fevralda ABŞ-ın hava zərbələri nəticəsində həlak olan rusiyalı yaraqlılara eyham vurub.