Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq və Rusiya ilə dostluq müqaviləsinin bəzi hissələrinin dayandırılması planlarını açıqlayıb.
Poroşenko hökuməti parlamentə Ukraynanın MDB-dən tam çıxmasına dair təklif verməyə çağırıb.
Poroşenko aprelin 12-də bəyan edib ki, “Ukrayna heç vaxt MDB-nin tam üzvü olmayıb və MDB-nin Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləməməsi Kiyevin bu təşkilatdan birdəfəlik çıxmasına əsas verir”.
Poroşenko təhlükəsizlik forumundakı çıxışında deyib ki, o Ukrayna və Rusiya arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin fərdi maddələrinin dərhal və birtərəfli qaydada dayandırılması barədə qanun layihəsini parlamentə təqdim edəcək.
Prezident əlavə edib ki, bu müqavilə Ukraynanın “özünümüdafiə haqqına” ziddir.
Moskva Ukraynanın daxili işlərinə qarışmadığında və bu ölkənin şəqrindəki münaqişədə iştirak etmədiyində israr etsə də, Beynəlxalq Məhkəmə 2016-cı ildə qəbul etdiyi qərarda “Ukrayna və Rusiya Federasiyası arasında beynəlxalq silahlı münaqişənin” getdiyini təsdiqləyib.
Hazırda MDB-də Rusiyadan başqa keçmiş SSRİ-nin səkkiz respublikası qalır. Bunlar Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandır. Siam.az