"Ermənistan Vaşinqton üçün hədəf olan ölkələr sırasındadır" - erməni saytı


Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti Rusiya Federasiyası ilə bağlı sanksiya rejimini pozan ölkə və şəxslərə yönəlik cəzalandırma tədbirlərinin dərhal görüləcəyini bəyan edib.

Bəyanatda bu rejimi pozan istənilən dövlətə qarşı heç bir tərəddüd göstərilmədən sanksiya tətbiq olunacağı vurğulanıb.
“ABŞ Maliyyə Nazirliyi əvvəlcədən sanksiyalar haqqında xəbərdarlıq etrməyəcək və öz hərəkətləri ilə bağlı hər hansı bir şərh verməyəcək”, -departamentin bəyanatında deyilir.

Məlum olduğu kimi, Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun Donald Tramp tərəfindən keçən ilin avqustunda imzalanıb.

Həmin qanuna əsasən Rusiyanın hərbi-sənaye kompleksinin bütün müştərilərinə böyük müqavilələr bağladıqları təqdirdə ciddi məhdudiyyətlər gətiriləcək. ABŞ Maliyyə Nazirliyi son dəfə aprelin 6-da Rusiyanın 38 ən böyük iş adamına qarşı xüsusi sanksiyalar tətbiq edib.

Erməni ekspert, amerikaşünas Areq Qalstayn 1in.am saytına verdiyi müsahibədə Donald Tramp administrasiyasının əsasən mühafizəkarlardan təşkil olunduğunu, onların isə xarici siyasətdə olduqca açıq mövqe sərgilədiklərini söyləyib:
“ABŞ-ın dostları da var, düşmənləri də. Yəni əgər demokratlar heç olmasa azca da olsa bəzi ölkələrdəki situasiyalara anlayış göstərirdilərsə, indiki administrasiya Ermənistanı keçmişdəkilər qədər anlamaya bilərlər. İndi atmosfer tamamilə fərqlidir, sanksiya paketi isə olduqca ciddidir, belə olan vəziyyətdə heç şübhəsiz ki, ABŞ Ermənistan üçün hər hansı istisnalıq göstərən deyil. Əgər Ermənistana qarşı sanksiya tətbiq etmək zərurəti yaransa, rəsmi İrəvanın Rusiya ilə malik olduğu hərbi-siyasi əməkdaşlığı necə anlatmasından asılı olmayaraq bu baş verəcək.

Qalstyanın fikrincə, yalnız Vaşinqtondakı erməni lobbisi situasiyanı nisbətən tarazlaşdıra bilər. Lakin erməni lobbisi hazırda, obyektiv olaraq bu cür məsələlərlə məşğul olmaq halında deyil.

“Onların hazırda Ağ Evə heç bir təsiri qalmayıb. Senatda isə mövqeləri olduqca zəifdir. Erməni lobbisi əsasən Senatın beynəlxalq məsələlər üzrə komitəsindəki işlərə köklənib. Lakin bu gün həmin komitə ciddi siyasi qərarların qəbul olunmasına heç bir təsir göstərə bilmir. Daha doğrusu, ABŞ-ın Ermənistandakı mürəkkəb situasiyanı amerikalılara anladacaq həvəsi və halı yoxdur. Üstəlik, Azərbaycan və Türkiyə lobbilərinin də gördükləri işləri buraya əlavə etsək, vəziyyət heç də Ermənistanın xeyrinə görünmür”, - Qalstyan bildirir.

Erməni ekspert Ruben Mehrabyana görə, Ermənistan sanksiyalarla bağlı birinci risk qrupuna daxil olan ölkələr sırasındadır. “Ermənistanın Rusiya ilə əlaqələrinin dərinliyi və çoxnövlülüyü heç kimə sirr deyil. Putinə yaxın biznesmenlərlə bağlı elan olunan sanksiyalar Ermənistan üçün də təhlükə doğurur. Çünki bu iş adamlarının Ermənistanda maraqları mövcuddur. Onlardan bəziləri isə hətta burada inhisar mövqerlərinə maliikdir və siyasi konyukturaya cidi surətdə təsir göstərə bilir. Beləliklə, Ermənistanın qarşısında duran birinci vəzifə sanksiyaların təsiri altına düşməmək olmaldır”, - Mehrabyan qeyd edib.

Erməni politoloq Ermənistanın tək əlacının ABŞ və Avropa Birliyi ilə fasiləsiz məsləhətləşmələr aparmaq olduğunu söyləyib.
O, bu məsəldə Ermənistanla dost ölkə sayılan və beynəlxalq donorlardan 11 milyard dollarlıq yardım alan Livanı nümunə göstərib.

“Ermənistan ayaq üstə alqışlayaraq heç nə əldə edə bilməz. Əgər Ermənistan iqtisadiyyatının yarısı sanskiya altına düşsə, nə edəcək və kim buna cavab verəcək”, - Ruben Mehrabyan erməni saytına bildirib.

Musavat.com

Tarix: 13-04-2018, 15:28
Xəbəri paylaş





Xəbər lenti