BMT baş katibindən həyəcanlı mesaj:““Soyuq müharibə” qayıdıb”



BMT baş katibi Antoniu Qutteriş beynəlxalq münasibətlərdə “Soyuq müharibə”nin geri qayıtdığını bildirib.

RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, A. Qutteriş BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, “Soyuq müharibə” qayıtsa da, keçmişdə olduğu kimi gərginliyin artmasının qarşısını almaq üçün nəzarət mexanizmi artıq yoxdur.

BMT baş katibi Yaxın Şərqdəki vəziyyətin beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini vurğulayıb: “Yaxın Şərqdə xaos dünyada sülh və təhlükəsizliyi təhdid edəcək miqyasdadır”.

Qutteriş onu da qeyd edib ki, Suriyada kimyəvi silahın tətbiqi barədə ittiham peşəkar və müstəqil tədqiqatın aparılmasını tələb edir. (APA)

Tarix: 13-04-2018, 22:02
Xəbəri paylaş





Xəbər lenti