“Azərbaycan hər hansı bir iqtisadi blokda Rusiya ilə təmsil olunmur”
Məhəmməd Əsədullazadə: “Rusiya çalışacaq ki, ölkəmizə daima problemlər yaşatsın”.
Azərbaycanda prezident seçkiləri başa çatdı. Demək olar ki, seçki prossesi heç bir qalmaqal və qarşıdurma olmadığı bir şəraitdə keçdi. Lakin o da məlumdur ki, artıq Rusiya ilə Qərb ölkələri açıq qarşıdurma müstəvisinə keçib. Və demək olar ki, Qərb ölkələrinin birgə səyi ilə Rusiya həm iqtisadi, həm siyasi cəbhədə küncə sıxışdırılmaqdadır. Sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsir etdi açıq şəkildə özünü göstərməkdədir. Analitiklər hesab edirlər ki, Putinin qarşıdan gələn 6 illik prezidentlik dönəmi ciddi problemlərlə və kataklizmlərlə müşahidə olunacaq. Hər şeydən əvvəl bu gün Suriyda yaşananlar, eyni zamanda Solsberidə keçmiş QRİ polkovniki Sergey Skripala qarşı kimyəvi silahdan istifadə etməklə həyata keçirilən sui-qəsdlə Qərb dövlətləri ilə Rusiya arasında qırmızı xətti aşan gərginlik müşahidə olunmaqdadır. Bu gərginliyin daha da böyüyəcəyi isə heç kimdə şübhə doğurmur.
Bəzi yerli və xarici analitiklər isə hesab edirlər ki, seçkilərdən sonra Qərb dövlətləri Azərbaycana qarşı da təzyiqləri artıracaq. Bu təzyiqlərin işartıları isə artıq görünməkdədir. ATƏT DTİHB Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərilə bağlı mənfi rəy verməsini də başlanılacaq təzyiqlərin işartılarından biri hesab etmək olar. Eyni zamanda seçki prossesi dönəmində xarici ölkələrdə yaşayan mühacirlərin kifayət qədər aktivləşməsi və hakimiyyətə qarşı “səlib yürüşü”nə başlaması da onu deməyə əsas verir ki, Azərbaycana xaricdən olan təzyiqlər artacaq.
Buna baxmayaraq Rusiyaya qarşı Qərb ölkələrinin yürütdüyü “təcrid” siyasəti daha böyük diqqət cəlb etməkdədir. Hazırda ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların Rusiya iqtisadiyyatın güclü təsiri hiss olunmaqdadır. Bu fonda Qərbin Rusiyaya etdiyi iqtisadi və siyasi təzyiqlərin zamanla Azərbaycana da təsir edə biləcəyi haqda fikirlər səsləndirilir. Bəs bundan sonra Rusiya-Qərb qarşıdurması fonunda xarici faktora dayanan siyasi prosseslər Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Arzu Nağıyevə və Məhəmməd Əsədullazadəyə müraciət edib.
Arzu Nağıyev: “Rusiyanın müttəfiqi adı altında Azərbaycana hər hansı bir təsirin olacağı inandırıcı görünmür”.
Azərbaycan öz balanslı siyasətini yeritdiyi üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ölkəmizə də tətbiq edilməsinin düzgün olmadığını qeydə edən politoloq Arzu Nağıyev fikrini belə əsaslandırıb ki, Rusiya ilə bizi birləşdirən MDB məkanında olan məsələlərdir. Rusiyaya da hansı məsələlər görə sanksiya tətbiq edildiyi məlum məsələdir və bunların Azərbaycanla əlaqəsi yoxdur:
“Mən düşünürəm ki, Rusiya və Azərbaycan strateji tərəfdaş deyil. Azərbaycanın Rusiya ilə çox mühüm əlaqələrinin olması faktı var, eyni zamanda Rusiya ilə Azərbaycanın müqavilələri var. Həmçinin Azərbaycan Rusiya ilə qonşuluq siyasəti həyata keçirir. Məlum məsələdir ki, Azərbayacn hec bir hərbi bloka qoşulmayıb. Eyni zamanda da Azərbaycan hər hansı bir iqtisadi blokda Rusiya ilə təmsil olunmur. Sadəcə olaraq ölkəmizin Rusiya ilə ikitərəfli münasibətləri var.
Azərbaycan öz balanslı siyasətini yeritdiyi üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ölkəmizə də tətbiq edilməsi düzgün qiymətləndirmə olmazdı. Çünki Rusiya ilə bizi birləşdirən MDB məkanında olan məsələlərdir. Rusiyaya da hansı məsələlər görə sanksiya tətbiq edildiyi məlum məsələdir.
Arzu Nağıyev: “Rusiya və Azərbaycan strateji tərəfdaş deyil... Sadəcə olaraq ölkəmizin Rusiya ilə ikitərəfli münasibətləri var”.
ABŞ-ın Rusiyaya sansksiyası əsasən Ukrayna, nüvə məsələsi, eyni zamanla bank sektoru, son vaxtlar Böyük Britaniyada Skripala qarşı olan problemlərlə bağlıdır. Düşünürəm ki, bu məsələlərin Azərbaycanla əlaqəsi yoxdur. Buna görə də Rusiyanın müttəfiqi adı altında Azərbaycana hər hansı bir təsirin olacağı inandırıcı görünmür.
Hesab edirəm ki, bundan sonra da Azərbaycan öz balanslı siyasətini aparacaq. Həmçinin Azərbaycan xarici siyasətdə yenə prioritet istiqamət olan Dağlıq Qarabağ münaqişəsinin həlli, enerji təhlükəsizliyinin tərkibində istər Avropa, istər dünya miqyasında iştirakı, miqrasiya problemləri, viza məsələlərinin həlli kimi məsələlərdə yenə öz siyasətini yürüdəcək. Yəni düşünürəm ki, xarici siyasətimiz bu vaxta qədər necə olubsa, bundan sonra da o istiqamətdə davam edəcək və mən seçkilərdən sonra başlayacaq münasibətlər çərçivəsində Azərbaycana qarşı hər hansı ciddi təzyiqlərin olacağını gözləmirəm. Hesab edirəm ki, Azərbaycan-Qərb münasibətləri düzgün siyasi və iqtisadi əlaqələrə əsaslanan tərəfdaşlıq üzərində formalaşıb”.
Məhəmməd Əsədullazadə: “Qərb Qarabağ problemində Azərbaycana real və əməldə dəstək verərsə, biz birmənalı olaraq öz milli maraqlarımız naminə Qərbin yanında olmalıyıq”.
Azərbaycanın daima balans siyasətini qoruyub saxladığını vurğulayan politoloq Məhəmməd Əsədullazadə mövzu ilə bağlı PİA.AZ-a açıqlamasında qeyed edib ki, indiki situasiyada ölkəmiz üçün xarici siyasətin çətinlikləri arta bilər:
“Suriya üzrə kəskinləşən Rusiya-ABŞ siyasi-iqtisadi toqquşması qlobal təhlükəsizliyi təhdid edir. Rusiyanın Şərqi Avropada və Yaxın Şərqdə nümayiş etdirdiyi aqeressiyası, iki qütblü dünya nizamı formalaşdırmağa cəhd eləməsi ABŞ başda olmaqla Qərbin Rusiyaya qarşı siyasətini sərtləşdirdi. Bu fonda ABŞ-dan gələn sanksiyalar da sərtləşməkdədir və bu prosses davam edəcək. Digər tərəfdən “Skripal işi” Britaniya ərazisində kimyəvi silahın işlədilməsi, Suriyanın Duma şəhərində həmçinin Rusiya və Əsəd qüvvələrinin kimyəvi silahın işlətməsi barədə Qərbin iddiaları beynəlxalq sistemdə yeni böhrana səbəb olub. Bu fonda gərginlik artır və qlobal müharibə təhlükəsi də böyüyür.
Artıq ABŞ və Rusiya qarşı-qarşıyadır və bu qarşılaşma SSRİ-ABŞ qarşıdurmasından daha ciddi görünməkdədir. Ona görə də tam olaraq beynəlxalq siyasətdə baş verəcək prossesləri ən qısa zaman üşün belə proqnozlaşdırmaq çox çətindir. Çünki prosseslərin dinamikası hər gün dəyişir və müxtəlif istiqamətlərə yönəlir.
Məhəmməd Əsədullazadə: “Vəziyyət o həddə gəlib çata bilər ki, həm Moskva, həm də Qərb ölkəmizdən konkret mövqe tələb edə bilər”.
Rusiyaya tətbiq olunan sanksiyaların və təcrid siyasətinin Azərbaycana təsiri barədə onu qeyd etmək olar ki, hazırda ölkəmizin əsas iqtisadi tərəfdaşı Avropadır. Rusiyada isə əmək miqrantlarımız var. Bu ölkədə ağır iqtisadi vəziyyətdən dolayı həmin əmək miqrantları ölkəmizə qayıda bilərlər. Buda əmək bazarında və sosial sahədə ciddi problemlərə yol açar.
Azərbaycan daima balans siyasətini qoruyub saxlayıb. Həm Moskva, həmdə Qərblə məsafəli siyasət aparıb. İndiki situasiyada ölkəmiz üçün xarici siyasətin çətinlikləri arta bilər. Vəziyyət o həddə gəlib çata bilər ki, həm Moskva, həm də Qərb ölkəmizdən konkret mövqe tələb edə bilər. Bu zaman doğurdan xarici siyasətimiz dalana dirənə bilər.
Bizim isə əsas problemimiz Qarabağ münaqişəsidir. Düşünürəm ki, hansı tərəf münaqişənin həllinə real töhfəsini verərsə, rəsmi Bakı onunla siyasi ortaqlıq nümayiş etdirə bilər. Bir daha təkrar edirəm, ölkəmizin əsas iqtisadi tərəfdaşı Avropadır və ona görə də Azərbaycanın xarici siyasət strategiyası avrointeqrasiya olmalıdır. Hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində Qərb Azərbaycana real və əməldə dəstək verərsə, biz birmənalı olaraq öz milli maraqlarımız naminə Qərbin yanında olmalıyıq. Rusiya hər zaman çalışacaq ki, ölkəmizə daima problemlər yaşatsın və Qarabağ mümaqişəsinin həllini bilinməyən zamana qədər uzatsın. Ona görə də hesab edirəm ki, xarici siyasətimiz hər şeydən əvvəl Qarabağ mümaqişəsinin həllinə kilidlənməlidir”.
Siam.az