Qarşımızdakı həftə Türkiyə-Avropa Birliyi arasında ən kritik günlərdən biri ola bilər.
Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin rəhbərliyi bu həftə Türkiyə ilə bağlı hesabatını açıqlayacaq.
“Röyter” Agentliyi hesabatda öz əksini tapan bəzi məqamları əldə edə bilib.
Hesabatda Türkiyə ilə Avropa Birliyinin zamanla bir-birindən uzaqlaşdığı vurğulanır.
Avropa Birliyinin adının çəkilməsini istəməyən diplomatı “Röyter”ə deyib ki, rəsmi Ankara Suriyadan gələn qaçqınlar mövzusu istisna olmaqla digər mövzularda Avropa Birliyindən uzaqlaşıb.
Strasburqda açıqlanacaq hesabatda Türkiyə ilə bağlı yeni səhifə açılmayacağını qeyd edən diplomat bunun Türkiyə-Avropa Birliyi münasibətlərinin dondurulması anlamına gəldiyinə vurğu edib:
“Avropa Birliyindən çox böyük bir uzaqlaşma siyasəti var”
“Röyter” qeyd edib ki, Almaniya və Fransa Türkiyənin Avropa Birliyinə daxil olma mərhələsini ləngitməyə çalışır.