Suriyada baş verən hadisələr hələ də dünya mətbuatının nəzərindədir. Bütün diqqət ABŞ və müttəfiqlərinin hansı addım atacaqlarına yönəlib. Suriya məsələsində qarşı tərəf kimi göstərilən Rusiyanın isə cavab kimi yalnız bəyanatlar verdiyini müşahidə edirik. Türkiyənin isə bu proseslərdə hansı rol oynaaycağı isə çox önəmli məqamlardandır.
Mövzu ilə əlaqədar politoloq Elxan Şahinoğlu “Real Vaxt” verilişinin qonağı olub. Ekspertin sözlərinə görə, həmin zərbələr alışılmamış məqamda endirilib. Çünki ABŞ koalisiya şəklində bu addım atılmamışdı.
“Düşünürəm ki, bu hərbi müdaxilə siyasi mesaj idi. Bundan sonra Suriyada kimyəvi silahdan istifadə edilməsinə ara veriləcək. ABŞ və koalisiya qüvvələri bir daha sübut etdilər ki, Rusiya Suriyada tək qüvvə deyil. İstənilən vaxt Bəşər Əsəd qüvvələrinə zərbələr endirilə bilər. Bundan sonra Rusiyanın mövqeyi zəiflədi. Moskva heç bir cavab verə bilmədi. Həmçinin İran bu məsələdə heç bir cavab verə bilmədi”, - deyə Elxan Şahinoğlu bildirib.
Politoloq bildirib ki, bu zərbələr endirilməmişdən əvvəl Vaşiqnton London və Parislə məsləhətləşmələr edib: “Bu işin içində Fransa və Böyük Britaniya da var. Prezident üçün qərar vermək çox çətin olub. Amma ani verilən qərar olub. Düşünürəm ki, Trampla müdafiə naziri arasında mübahisə olub. Tramp siyasətdən uzaq adam olsa da, çox yaxşı bilir ki, Suriyada Rusiyanın hərbi bazası vurulsa, bu III Dünya Müharibəsinə səbəb ola bilər. Düşünürəm ki, bu məsələdə ortaq mövqe olub. Rusiya məlumatlandırılıb. Onlar da eyni zamanda B.Əsəd qüvvələrinə xəbərdarlıq ediblər və məntəqələr boşaldılıb. Yəni ilk baxışdan bu siyasi baxımdan ağır çəkili addım olsa da, hərbi baxımdan boş ərazilər vurulub”.
Politoloq deyib ki, Pentaqonla Tramp razılaşdırılıb ki, hücum zamanı canlı itki olmasın: “Eyni zamanda, Rusiyanın hərbi obyektləri vurulmasın. Onlar istədikləri nəticəni əldə etdilər”.
E.Şahinoğlu deyir ki, bu vəziyyətdə Ərdoğan hakimiyyəti çıxılmaz vəziyyətdə qalıb: “Türkiyə Rusiya və İranla taktiki müttəfiqliyi var. Bir tərəfdən də, vaxtilə Türkiyə Qərbə və ABŞ-a təzyiqlər edirdi ki, B.Əsəd qüvvələrini vursunlar”.
Daha ətraflı videoda baxa bilərsiz.