Azərbaycanın qonşularının başı kataklizmlərə, müharibələrə qarışıb
FİA.Az-ın məlumatına görə, düşmən qonşu ölkə olan Ermənistanda iğtişaşlar baş verir.
Serj Sərkisyanın baş nazir olmasına qarşı etirazlar baş qaldırıb, İrəvanən mərkəzində hərəkat var, dövlət radiosu ələ keçirilib.
Bazar ertəsi səhər tezdən İrəvanın mərkəzi küçələrində avtomobil tıxaclarıdır. Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasına qarşı etiraz edənlər yolların ortasında oturub, ya əl-ələ verib nəqliyyatın hərəkətini dayandırır.
Yüzlərlə tələbələr etiraz aksiyalarına qatılıb. Onlar tələbə yoldaşlarını tətilə qoşulmağa çağırırlar. Tələbələr canlı hasar yaradaraq, küçələri bağlayır.
Bəzi sərnişin və sürücülər narazılıq edir, bəziləri avtomaşından düşüb etirazçılara birləşirlər. Təşkilatçılar sürücü və sərnişinlərdən üzr istəyərək, izah edirlər ki, dözümlü olsunlar.
“Müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan - Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından - xilas olmaq üçün atılan məcburi addımdır”, - hərəkata rəhbərlik edən müxalif millət vəkili Nikol Paşinyan səsucaldanla elan edir və tərəfdarlarını narazılıq izhar edən digər sakinlərlə mübahisəyə girməməyə çağırır.
Ancaq digər qonşuların da günü sabit deyil. İran, Rusiya və Türkiyə Suriyadakı müharibəyə adaptasiya olmağa çalışır.
Dünyanın böyük dövlətləri Suriyada artıq rəsmən yeni “soyuq müharibə”yə qədəm qoyublar. BMT-nin baş katibi özü də son çıxışında bunu elan etdi.
Bunun əsas səbəbi Rusiya və Bəşər Əsədə bağlı qoşunların Suriyanın Şərqi Quta bölgəsində keçirdiyi əməliyyat olub. Belə ki, müxaliflər və Qərb dövlətləri bu əməliyyatda kimyəvi silahdan istifadə olunduğunu iddia edir.
Bildiyiniz kimi, bu hadisə nəticəsində xeyli sayda insan həlak olub. Əməliyyatla ilgili bildirim ki, Rusiyanın Əsədlə bağlı mövqeyi dəyişilməz olaraq qalır.
Rusiya Əsəddən başqa heç kimin Suriya üzərində hakimiyyətini tanımır və belə görünür, heç tanımaq da istəmir. Kimyəvi silah məsələsinə gəldikdə isə bu məsələdə vəziyyət günü-gündən pisləşir.
Rusiyanın hadisəni beynəlxalq təşkilatların araşdırmasını təklif etməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bununla barışmaq niyyətində olmadığını, araşdırma aparmağın sadəcə boş vaxt itkisi olduğunu bildirərək ABŞ donanmasına məxsus 60 ədəd “Tomahavk” raketi ilə silahlanmış “Donald Kuk” esminesini Aralıq dənizi vasitəsilə Suriyanın sahilyanı rayonlarına yeritdi.
Bu ərazidə Rusiya hərbi qüvvələri yerləşir və rus qırıcıları demək olar ki, hər gün ABŞ gəmilərinin üstündən uçuşlar həyata keçirir. Tərəflər bir-birinə təhdid dolu bəyanatlar səsləndirir.
Yaxın Şərqdəki vəziyyətdən daha çox Çinlə ticari müharibə nəticəsində ziyan görmüş Amerikanın fond birjaları Çin ixracatına məhdudiyyətlər ucbatından demək olar ki, çökmüşdü.
Amma Suriyaya müdaxilə və böhranın kəskinləşməsi ilə fond bazarları qəddini düzəltdi. “Dow Jones”un göstəriciləri 1,79%, “Nasdaq” 2,77% artdı. Amma hücum günü bu göstəricilər müvafiq olaraq (Dow Jones) 0,5 və (“Nasdaq”) 0,47% gerilədi.
FİA.Az-ın məlumatına görə, dörd bir yanımız terror, müharibə içindədir. Azərbaycanda isə sabitlikdir. Ölkə seçkidən əvvəl də, sonra da stabil həyatını yaşayır.
Prezident İlham Əliyev də seçkidən sonra xalqın qarşısına çıxaraq bəyan etdi ki, verilən səs sabitliyə, əmin-amanlığa verilən səsdir.
Azərbaycanda prezident seçkiləri çox şəffaf, ədalətli və demokratik şəraitdə keçirilib. Bir sözlə, bu, Azərbaycanın qələbəsidir.
Bizi gələcəkdə də yeni-yeni zəfərlər gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacaq.
Əslində, Azərbaycan vətəndaşı 11 aprel seçkisinə təkcə Prezident seçkisi kimi yanaşmırdı! Bu, həm də müəyyən mənada ümumxalq referendumu idi!
Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyev missiyasına xalqın növbəti etimad səsverməsi idi!
Eyni zamanda, xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən seçki idi!
Növbəti islahatlar kursunu bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəy sorğusu idi!
Bu, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində normal yaşayış, güzəran quran, daha xoş sabahına əmin olan, özünə və dövlətinə güvənən milyonların öz xilaskarlarına minnətdarlıq, inam aksiyası idi!
Bu, özünü siyasi səhnədə hərdən büruzə verən xaos, böhran kabusuna və onun daşıyıcılarına xalqın sonuncu qətiyyətli “yox”u idi!
11 aprel Azərbaycanın yeni tarixinin ən məsuliyyətli seçim anı, xalqın isə müdriklik sınağı idi.
Azərbaycan bu seçimdən də, bu sınaqdan da məsuliyyətlə, müdrikliklə, şərəflə çıxdı və dünyanı öz nailiyyətləri ilə heyran qoyan məmləkətin bəşəriyyəti öz bacarığı, qabiliyyəti ilə həmişə heyrətləndirəcək bir millət olduğunu nümayiş etdirdi.
Seçkilərdən iki gün öncə Prezidentin səsləndirdiyi fikirlər - “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır.
Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir.
Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir.
Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Biz düzgün yoldayıq” - sözləri əslində, İlham Əliyevin 15 illik fəaliyyətinin ümumi icmalı, qısa hesabatı idi.
Və xalq da düzgün yolla irəliləyən liderinə, istiqlalımızın bayraqdarına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi...