Maksim Suçkov
“Əl-Monitor”
Dünyanın düz bir həftə nəfəsini içinə çəkərək seyr etdiyi Suriyada ABŞ-Rusiya qarşıdurması Amerika, Böyük Britaniya və Fransa tərəfindən raket hücumu ilə sona çatdı. Suriyadakı “kimyəvi silah” obyektlərini hədəfə alan hücumlar, Pentaqona görə, Suriyanın kimyəvi silah proqramını “illərlə” geri çəkəcək.
Moskvada hücumlar “yumşaq təhqir” hesab edilə bilər. Kreml məlum hücumu “terrorizmlə mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz hərəkəti” kimi səciyyələndirən bəyanat yayıb.
Bəyanatda deyilir ki, “Suriyadakı mövcud gərginlik beynəlxalq münasibətlərin bütün sistemi üçün dağıdıcıdır”.
Rusiya Xarici İşlər Nazirliyi daha güclü bir dildən istifadə edərək, hava hücumunun “qorxutmaq niyyətli və tamamilə qərəzli bir bəhanə əsasında qərara alındığı”nı söyləyib. XİN-in fikrincə, bu hücum “radikal və ekstremistlərə Suriya ərazisində qan tökmələrini təmin etmək üçün və sıralarını bərpa etmək üçün fürsət yaradır və bununla da siyasi həll yoluna mane olur”.
Rusiya prezidenti Vladimir Putin hücumu müzakirə etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Hücumdan qısa müddət sonra Türkiyənin ictimaiyyətinə açıqlamasında Ərdoğan əməliyyatı “Dumada bir çox vətəndaşın ölümünə səbəb olan kimyəvi hücuma qarşı cavab” olaraq səciyyələndirib.
Kremlə görə, Putin və Ərdoğan telefon söhbətində razılaşıb ki, “Suriyadakı siyasi həll prosesinin gerçək inkişaf etdirilməsinə istiqamətli əməkdaşlıq sürətləndirilməlidir”.
İran prezidenti Həsən Ruhani hücumun qiymətləndirilməsində Putini “Suriyada siyasi həll prosesinin perspektivlərinə ciddi ziyan vuran qeyri-qanuni hərəkət” kimi səciyyələndirməyə çağırıb. “Bu cür tədbirlər BMT Nizamnaməsinin pozulması ilə davam edir, bu, beynəlxalq əlaqələrdə labüd xaosa gətirib çıxaracaq”.
Bu söhbətlər göstərir ki, Qərb ölkələrinin NATO üzrə müttəfiqi olan Türkiyə sülh prosesi zəncirinin və Astanada təkrarlanan danışıqlarda ən azı Suriya prezidenti Bəşər Əsədlə bağlı obyektiv mövqeyin qurulmasında ən zəif bəndidir.
Rusiya BMT Təhlükəsizlik Şurasına “Suriya Ərəb Respublikasına ABŞ və onun müttəfiqləri tərəfindən hücumun beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması” kimi qınanmasını nəzərdə tutan qərar layihəsini təqdim edib, Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırtdırıb, amma bu səy uğursuz olub.
Bəzi xarici müşahidəçilər məlum hücumun iki böyük nüvə dövləti arasında böyük hərbi münaqişəyə səbəb olmadığına məmnun olduğu halda, digərləri Rusiya və ABŞ-ın daha güclü hərəkətlərinin yoxluğundan məyus olublar. Məyusluq mart ayında Müdafiə Nazirliyinin özü üçün hazırladığı “qırmızı xətlər”ə köklənmişdi. “[Suriyada yerləşdirilən] Rusiya hərbi qulluqçularının həyatı təhlükəyə məruz qalması halında, Rusiya hərbi qüvvələri həm istifadə edilən mərmilərə, həm də istifadəçilərə cavab verəcək”, – deyə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov bildirmişdi.
Moskva üçün Suriyadakı münaqişə Suriyanın özündən daha çox Yeni Dünya Nizamının qurulması və Moskvanın fikrincə, ABŞ-ın təhlükəli siyasətinin dəyişikliyi mənası verir. Vaşinqton üçün isə, ən azı Rusiya tərəfindən görüldüyü kimi, öz hegemonluğunu göstərmək vacibdir. Buna görə də, Rusiya guya Əsədin kimyəvi silah istifadəsinə əsasən həyata keçirilən hücumu “qəsdən və süni şəkildə səhnələşdirilmiş” hesab edir.
Rusiyanın cavab verməmə qərarı ABŞ prezidenti Donald Trampın ağır hərbi qarşıdurmada maraqlı olmaması ilə nəticələnib. Rusiya ehtimal edir ki, Birləşmiş Ştatlar sahədə vəziyyətin dramatik dəyişməsini istəməyib.
Suriyaya hücumdan bir neçə gün əvvəl Rusiya informasiya kampaniyaları, hərbi postlar və əks-əlaqə kommunikasiyaları vasitəsilə Birləşmiş Ştatların müxtəlif ssenariləri ilə bağlı real niyyətləri çatdırıb. ABŞ-ın potensial hücumları ola biləcək ərazilərdən qoşun və döyüş sursatı çıxarılıb. Suriyadakı qüvvələr də daxil olmaqla, bütün rus hərbi birləşmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Hər iki tərəfin qəbul etdiyi yanaşmalar, ehtimal ki, bütün mümkün variantlardan ən məqbulu idi. Hücum həm Rusiya, həm də ABŞ-a simalarını saxlamağa kömək edib və Moskva onu Tramp administrasiyası tərəfindən məqbul bir kompromis kimi görüb.
Rusiya Müdafiə Nazirliyi Suriya hava müdafiə sistemlərinin “rus mütəxəssisləri tərəfindən mükəmməl təlim sayəsində” 103 qanadlı raketin 71-ini məhv etdiyini iddia edib. Pentaqon fərqli bir hesabat verub: “Bu əməliyyatda iştirak edən təyyarələrimizdən və ya raketlərdən heç biri Suriya hava müdafiəçiləri tərəfindən uğurla endirilməyib”.
Ancaq Rusiyanın ən əhəmiyyətli təpkisi Suriyanı “S-300” raket sistemləri ilə təmin edəcəyidir.
Hücumun nəticəsi, Trampın elan etdiyi kimi, “Missiya yerinə yetirilib” ola bilər. Ancaq o, Suriyadakı ABŞ-Rusiya gündəmindəki məsələləri həll etmir.
Moskva hücumların təkrarlanacağına inanır. Bu inam “siyasi ehtiyac olduqda, başqa bir inandırıcı təxribatın ortaya çıxması uzun sürməyəcək” fikrinə əsaslanır.
Bununla yanaşı, ABŞ və müttəfiq kürd qüvvələri hələ də ərazinin böyük hissələrini idarə edir və güzəştə getmirlər. Bu, Rusiya və ABŞ arasında birbaşa hərbi münaqişələr üçün risklərin qalması deməkdir.
Bəzi rus ekspertlərin fikrincə, bu vəziyyət Suriyada həssaslıq üçün yeni imkanlar aça bilər. Moskva qismən Birləşmiş Ştatların öz şərtləri ilə Suriyadakı siyasi həll oyununa geri dönmək üçün hərəkət etdiyini düşünür.
Hazırda təşəbbüs Rusiya, Türkiyə və İranın “Astana üçlüyü”ndədir. Tramp isə Suriyada uzunmüddətli iştirak istəmir, ancaq ölkəni əldən buraxmaq imkanı yoxdur. ABŞ diplomatik vasitələrdən istifadə etmək istəyir, indi onun mövqeyi daha da güclənir.
Sərt ritorikaya baxmayaraq, Moskva belə müzakirələrdən utanmır, baxmayaraq ki, az sayda şeyin əhəmiyyətli dəyişikliyi uğrayacağını düşünür.
ABŞ, Böyük Britaniya və Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim olunan yeni qətnamə layihəsini şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın bu layihəni “öyrənəcəyi” qənaətindədir. “Bu mövzuda uyğun bir uzlaşmaya çatmaq çətin olacaq. Bizdə tanınmış “qırmızı xətlər” var. Yəqin ki, Qərb qrupunun da özünün geri dönməz cizgisi mövcuddur. Əvvəlcədən heç nəyi istisna etmirik. Əgər bir sıra müsbət elementlər varsa, onlara işləyəcəyik “.
Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silah İdarəsi İdarəsinin direktoru Vladimir Yermakov bildirib ki, “gec-tez amerikalı həmkarlarımız bizimlə razılığa gələcəklər. ABŞ-ın hərbi-texniki çəkisində azalma olduğundan, qlobal miqyasda güc bölgüsü dəyişir”.
Moskva və Vaşinqton üçün daha konstruktiv yola çıxmaq bir neçə digər böhran var. Ancaq hələ ki, ABŞ Əsədi dəstəklədiyi üçün Rusiya əleyhinə yeni iqtisadi sanksiyalar tətbiq etmək fikrindədir.
Tərcümə: Strateq.az