Seçkilərdən sonra hakimiyyətin ciddi kadr islahatlarına gedəcəyi barədə dəqiq informasiyalar mövcud idi. Yəni, Prezident İlham Əliyevin növbəti rəhbərlik dönəmində yeni komanda ilə təmsil olunacağı həm də dövlətin cavanlaşdırılması kimi qəbul edilir. Məsələ burasında deyil ki, təyin ediləcək kadrlar gənclər olacaq yox, sadəcə olaraq hakimiyyət kadr islahatlarına getməklə islahatlara imza atmış olacaqdır. Bildirildiyinə görə, bu proses birdən baş verməsə belə, tədricən böyük vəzifə tutan məmurların “vurulacağı” planlaşdırılıb. Hətta ölkə gündəmini silkəliyəcək həbslərin də olacağı gözlənilir. Eyni zamanda ilk günlərdə yola salınacaq icra başçıları da olacaqdır.
Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə ilk olaraq sərəncamı oxunacaq olan icra başçıları bunlardır; Ağdam, Goranboy, Qaradağ, Ağcabədi,Laçın, Kəlbəcər, Masallı, Lənkəran, Mingəçevir, Quba, Sabirabad, Saatlı,Beyləqan, Füzuli, Binəqədi, Gədəbəy, Şəmkir, Sumqayıt və s. Bu siyahıda adları qeyd olunan rayonların icra başçılarından çox kiçik bir qisminin yerlərini dəyişəcəyi ehtimalı da az da olsa vardır.
Məsələn, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədovun ümimiyyətlə həbs edilmə təhlükəsi də vardır. Çünki onun hakimiyyətə qarşı ciddi xəyanətləri, külli miqdarda maliyyə fırıldaqlarına yol verməsi, ölkə rəhbərliyinə yalan hesabatlar və məruzələr etməsi, Birinci vitse-prezidentin ünvanına yaraşmayan ifadələr söyləməsi və bununla bağlı bir vətəndaşın açıq video müraciəti ilə bu məsələni ictimailəşdirməsi, adının bir dələduzluq maddəsi ilə ittiham olunan vətəndaşla birgə ittiham aktında yer alması, hətta bu məsələyə görə, istintaq orqanı tərəfindən çağrılaraq ifadə verdiyi, qadın düşgünü və hər gün içki məclisləri quraraq eyş-işrətlə məşğul olması barədə dəfələrlə sosial şəbəkələrdə məlumaqtların yayılması, cəbhə bölgəsində yerləşən bir rayonun icra başçısı olaraq vətəndaşları hakimiyyətdən ciddi şəkildə narazı salması və bu kimi hərəkətləri ilə rəhbərliyin etimadını doğrultmaması, Akif Çovdarovun və Anti Terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin ən yaxın dostlarından olmuş Raqub Məmmədovun hələ seçkidən öncə “vurulacağı” qərarına gəlinmişdi. Beyləqan RİH-nin başçısı Vaquf Abdullayevin də içki aludəçisi olduğu, sərxoş vəziyyətdə küçəyə çıxaraq vətəndaşları döyməsi, barəsində yuxarı orqanlara çoxsaylı şikayətlərin göndərilməsi bunun da sonunu gətiribdir.
Laçın RİH-nin başçısı Aqil Nəzərlinin düzgün idarəçilik qabiliyyəti olmaması səbəbindən rayonda milli ayrı-seçkiliyə yol verməsi, ölkəmizin tolerantlıq siyasətinə əks fəaliyyəti, rayon cammatının heç bir probleminin həll edilməməsi, insanları incitməsi, bu günlərdə ictimailəşən bir çıxışı zamanı AXC hakimiyyətinin səriştəli olması və Milli Lider Heydər Əliyevin hakimiyyəti ələ keçirməsini deməklə, müxalifətə dəstək verməsi, ümumiyyətlə adi danışıq qabiliyyətinin olmaması ilə minlərlə izləyici tərəfindən gülüş və prikol obyektinə çevrilməsi Aqil Nəzərlinin sonunu daha da yaxınlaşdırmış oldu. Siyahıda olan həmin rayonların başçıları da bu və ya digər formada etimadı doğrultmamaqdadırlar.
T.Turançı
REPORTYOR.info