Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıdakı illərdə artıq yeni vəzifədə çalışacaq.

Yenicag.az-a etibarlı mənbədən daxil olan məlumata görə, ötən gün Abutalıbov Meriyada təhvil-təslim edib                                       

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.