Saakaşvilidən Sərkisyana: - Moskvanı az imitasiya et


Saakaşvilidən Sərkisyana:
Çox müdrik və sevdiyim erməni xalqının gələcəyi üçün çox narahatam.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Mən Ermənistan hakimiyyətindəki dostlarımı nümayişçilərlə dərhal dialoqa başlamağa və onları dinləməyə çağırıram. Moskvanı az imitasiya edin və dinləməyin. Öz vətəndaşlarınıza yaxın olun, siz bundan udacaqsınız”, – deyə o yazıb.

Qeyd edək ki, Serj Sərkisyanın baş nazir vəzifəsini qanunsuz yolla mənimsəməyinə qarşı İrəvanda 9-cu gündür aksiyalar keçirilir.
 
Tarix: 21-04-2018, 13:57
Xəbəri paylaş





Xəbər lenti