Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində bəzi vəzifələrə təyinat olmayıb.
APA-nın məlumatına görə, aşağıda siyahısı verilən dövlət qurumlarına hələlik rəhbər təyin olunmayıb:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nazir vəzifəsini Hüseyn Bağırov tutub)
Gənclər və idman Nazirliyi (nazir vəzifəsini Azad Rəhimov tutub)
Mədəniyyət Nazirliyi (nazir vəzifəsini Əbülfəs Qarayev tutub)
Dövlət Turizm Agentliyi
Müdafiə Sənayesi Nazirliyi (nazir vəzifəsini Yavər Camalov tutub)
Səhiyyə Nazirliyi (nazir vəzifəsini Oqtay Şirəliyev tutub)
Təhsil Nazirliyi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Hicran Hüseynova tutub)
Diasporla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Nazim İbrahimov tutub)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Mübariz Qurbanlı tutub)
Dövlət Gömrük Komitəsi (sədr vəzifəsini Aydın Əliyev tutub)
Dövlət Statistika Komitəsi (sədr vəzifəsini Tahir Budaqov tutub)
Əmlak Məsələləri Dövlət Komitəsi (sədr vəzifəsini Kərəm Həsənov tutub)
Dövlət Miqrasiya Xidməti (rəis vəzifəsini Firudin Nəbiyev tutub)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (rəis vəzifəsini Arzu Rəhimov tutub)
Qida Təhlükəsizliyi Agentliyi (sədr vəzifəsini Qoşqar Təhməzli tutub)
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Əqli Mülkiyyət Agentliyi
Milli Arxiv İdarəsi (rəis vəzifəsini Ataxan Paşayev tutub).