Aprelin 11-də keçilirən Prezdent Seçkilərində qələbə qazanan İlham Əliyevə təbriklər dayanmadan gəlməkdədir. Həmin təbriklər arasında Skandinaviya ölkələrində yaşayan həmyerlilərimizin birgə imzalayaraq yolladığı növbəti bir təbrik məktubunda diqqətimizi çəkən İsa Qənbərin qohumu, eyni zamanda Fəxrəddin Bağırovun bacısı oğlu Rasim Cabbarovun da yer almasıdır(“Min rost” Cımiyyətinin sədri, İsveç). Biz bunu müsbət qarşılayırıq və hər bir soydaşımızın Prezidentimizi dəstəkləməsi müsbət və alqışlanası haldır.
Ancaq burada başqa bir məqam vardır. Məsələn, Avropada yaşayan, ölkədə heç bir siyasi reputasiyasi olmayan, siyasi partiyada sadəcə məvacib qarşılığında sürücülük etmiş-İsa Qənbərin sürücüsü olmuş Sərdar Ağayevin Avropada özünü guya BÖYÜK SİYASƏT YÜRÜDƏN bir persona kimi qələmə verməyə çalışması ilə Rasim Cabbarovun həmin təbrik məktubu arasında bir paralellik görünür. Yəni, məsələyə o aspektdən yanaşaq ki, seçki öncəsi baykot edən bu adamlar,konkret olaraq Müsavat Partiyasının ölkədə və Avropada olan “fəallar”ının sonradan İlham Əliyevə beət etməsi hakimiyyətin əvvəldən planı olubmu, yoxsa elə bunların məğlubiyyətləri ilə barışmaqla təzim etməyə qərar vermələridirmi? Sərdar Ağayevin bu məsələyə susması da anlaşılandır. Müsavat Partiyasının Avropada Koordinasiya Mərkəzində təmsil olunması, onların daha çox siyasi fəaliyyət adı altında pul qazanmalarıdır.
Belə ki, Oguz rayonunda olan bütün tanıdıqlarını, dostlarını, qohumlarını, hətta orta məktəbdə bərabər oxuduqları sinif yoldaşlarını belə, Müsavat Partiyasının üzvü kimi saxta arayışlar hesabına Avropaya mühacir edən bu həmin Sərdar onlardan bunun müqabilində yüksək məbləğdə “şirinlik” alması heç kimə sirr deyil. Yalançı müxalifətlilik oyunlarını səhnələşdirən belə aktyorlar isə tək Sərdar Ağayev kimi işbazlarla, türklər demişkən, canbazlarla yekunlaşmır. Bunların sırası və sayı canbaz siyahısında yüzlərcədir. Sıradan birisi bu təbriki etmiş olsaydı bu dəqilə Sərdar Ağayev əlinə bir tütək alıb üfürməkdə idi. Mövzu İsa Qənbərin qohumu barədə olduqda isə geri üfürməkdən başqa çarəsi qalmır. Əslində, bu seçkidən sonra ölkənin siyasi tarixinin arxivinin zibil yeşiyinə tullanılmış bu SİMALARa başqa vaxt müxalifətçilər tərəfindən çıxışlarına ağız büzdükləri Hafiz Hacıyev belə, düzgün və doğru ifşa edici ifadələr işlətmişdi. İsələrrr demişdi….və sair və ilaxır…
Reportyor.info