Rusiya Ermənistandan çıxarılır? - Bu bəyanat Putini ŞOKA SALACAQ


Rusiya Ermənistandan çıxarılır? - Bu bəyanat Putini ŞOKA SALACAQ

“Rusiya ilə Ermənistanın münasibətləri çox əhəmiyyətlidir, amma münasibətlərdə problemlər var və onları həll etmək lazımdır”.

Publika.az xəbər verir ki, bunu Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı, parlamentin “Yelk” fraksiyasının üzvü Nikol Paşinyan brifinqdə bildirib.

Erməni müxalifətinin lideri əlavə edib ki, Rusiyanı qardaş ölkə hesab edir.

“Rusiya ilə münasibətlər çox əhəmiyyətlidir. Rusiya və Ermənistan dost, qardaş ölkələrdir. Amma bu, o demək deyil ki, münasibətlərdə problem yoxdur”, - o deyib.

Onun sözlərinə görə, hakimiyyətə gələcəyi halda, bu problemləri həll etməyə hazırlaşır. Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın Rusiya ilə münasibətləri erməni xalqının maraqlarına əsaslanaraq qurulmalıdır.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-də başlayıb. Paşinyan aprelin 17-də “məxməri inqilab”In başlandığını elan edib. Dünən isə Sej Sarkisyan istefa verib.

Rusiya prezidenti Vladimir Putinin sözşüsü Dmitri Peskov isə Ermənistanda baş verənləri ölkənin “daxili işi” adlandırıb.

Ömər Dağlı

Tarix: 24-04-2018, 22:14
Xəbəri paylaş





Xəbər lenti