“Lavrov gedir, Qarabağ qayıdır...” - Kremlin ilginc ssenarisi işə düşür


Ermənistanla bağlı “həqiqət anı” yaxınlaşır; Ermənistandakı olaylar Rusiyanı iki seçimdən birinə itələməkdədir; Azərbaycan Moskva üçün regionda əvəzedilməz tərəfdaşa çevrilə bilər, əgər...; rusiyalı analitikdən sensasiyalı iddia və proqnozlar...

Ermənistanda hakim rejimə qarşı kütləvi hərəkat ikinci həftədir ki, fasiləsiz davam edir. Xunta başçısı Serj Sərkisyanın baş nazir postundan istefa verməsi ilə ilkin hədəfinə çatan müxalif hərəkat, gözlənildiyi kimi, artıq onun tam məntiqi sonluğa çatmasına, hərəkat lideri, qərbyönlü siyasətçi hesab edilən Nikol Paşinyanın baş nazir təyin olunmasına və Respublika Partiyasını əsas hakimiyyət rıçaqlarından məhrum edilməsinə çalışır. O üzdən hakim qüvvə də dirəniş göstərir.

Ölkədə vəziyyət kritik olaraq qalır. Hər an qan tökülə bilər, çünki prosesləri Rusiya da diqqətlə izləyir və işğalçı ölkənin onun nüfuz və təsir dairəsindən uzaqlaşıb Qərbə sarı getməsində maraqlı deyil.

*****

Bəs, tutaq ki, Paşinyan baş nazir oldu, bundan sonra proseslər necə inkişaf edəcək? Ermənistanın taleyi, Kremlin taktikası necə olacaq, rus-erməni əlaqələrini, ən önəmlisi, Dağlıq Qarabağ məsələsini hansı perspektiv gözləyir?

Rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsov bu xüsusda hadisələrin iki mümkün inkişaf ssenarisinin ola biləciyini düşünür. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda o, rusdilli vesti.az saytındakı məqaləsində yazıb.

Lavrov ile ilgili görsel sonucu

“Birinci variant - inqilabi variant. Serj Sərkisyan öz postunu olduqca bacarıqlı təşkil edilmiş və Amerikayönlü müxalifətin idarə elədiyi xalq kütləsinin görünməmiş təzyiqi altında tərk elədi. Mənfi iqtisadi balansa malik bir ölkə üçün belə kütləvi narazılıq tam qanunauyğundur. Odur ki, heç bir kiçik zəmanət belə yoxdur ki, Sərkisyanın istefasından sonra mitinqlər azalmağa üz tutacaq. Etirazların təşkilatçıları və onların arxasında duran xarici sponsorlar indi əllərində effektli və əla təsir göstərən daxili siyasi təzyiq alətinə malikdir”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, mitinq kütləsi  qarşısında artıq bir dəfə sınan iqtidar ikinci dəfə də sına bilər və tələb edilən konkret siyasətçinin baş nazir olması ilə razılaşar: “Bax, onda, necə deyərlər, ”həqiqət anı" başlayacaq və hamı anlayacaq ki, konkret olaraq hansı xarici sponsor Ermənistanda hakimiyyət dəyişikliyini təşkil edib və maliyyələşdirib".

Erivan Pashinyan ile ilgili görsel sonucu

Politoloq ardınca ikinci mümkün ssenaridən yazıb: “İkinci variant - konstitusiya variantıdır, ancaq az ehtimallıdır: həftə sonu üçün mitinq etirazları səngiyir və hazırda dövlət başçısı vəzifələrini yerinə yetirən Karen Karapetyan baş nazir seçilir - hansı ki, bütünlüklə Rusiyanın adamıdır. Onun namizədliyi Rusiyanın, Azərbaycanın və hətta Türkiyənin maraqlarına da cavab verir, nədən ki, hazırkı erməni siyasətçiləri arasında o, ən praqmatik, ən az siyasiləşən biridir, danışıqlara meyillidir və ideoloqlardan azaddır. Karapetyanın hakimiyyət zirvəsində təsdiqlənməsi isə onun hərəkat liderləri ilə nə dərəcədə dil tapmasından asılı olacaq”.

Rusiyalı analitikə görə, hazırda Ermənistan Rusiya və ABŞ-ın geosiyasi, hətta geostrateji maraqlarının toqquşduğu meydandır: “Ermənistanda hakimiyyətə Amerikayönlü qüvvənin gəlməsi təkcə Rusiyaya yox, İrana da ciddi mənəvi zərbə olacaq. Yaddan çıxarmaq olmaz ki, İrəvanda sayca ikinci böyük səfirlik ABŞ-a məxsusdur və onun bu ölkədə təsiri çox böyükdür. Odur ki, mənə birinci ssenari daha real görünür, nəinki ikinci”.

*****

Demək, Ermənistanda Rusiyanın “quyruğu”nun tapdanması ehtimalı güclüdür. Nəzərə alsaq ki, işğalçı ölkədə iki Rusiya hərbi bazası, üst-üstə 5 minə yaxın rus hərbçisi var, Ermənistanın Türkiyə və İranla sərhədlərini ruslar qoruyur, bütövlükdə Ermənistan Moskva üçün bölgədə yeganə hərbi qaladır, o zaman Kremlin reaksiyasını çox gözləmək lazım gəlməyəcək. Bu reaksiya necə olacaq?

Oleq Kuznetsov ile ilgili görsel sonucu

Oleq Kuznetsov: “Tamamilə mümkün ehtimal kimi Rusiya təsirinin Ermənistandan vurulub çıxarılması obyektiv olaraq Kremlin Güney Qafqaz siyasəti üçün iki ciddi nəticə doğuracaq: birincisi, erməni lobbisinin Rusiyadakı daxili siyasi proseslərə təsiri kəskin şəkildə azalacaq. Bu isə Rusiya hakimiyyətində iki əsas erməni lobbistinin - Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və xarici işlər naziri Sergey Lavrovun vəzifədən getməsi ilə nəticələnə bilər.

İkincisi, Azərbaycan Cənubi Qafqaz məkanında Rusiyanın mehriban qonşuluq münasibətlərində olduğu yeganə ölkə kimi qalacaq və Kremlin Cənubi Qafqazda kiminlə dostluq eləməklə bağlı seçimi qalmayacaq. Bu halda ehtimal olduqca böyükdür ki, Moskva Azərbaycanı öz ərazilərini işğaldan azad eləməyə və “Arsax” terrorçu-qondarma dövləti məhv eləməyə stimullaşdıracaq. Bunun ardınca isə Moskva-Bakı-Ankara regional təhlükəsizlik üçbucağı qurulacaq və Güney Qafqaz, nəhayət ki, sabitliyə və təhlükəsizliyə qovuşacaq".

*****

Bunlar, əlbəttə ki, bir tanınmış rusiyalı tarixçi və analitikin proqnoz və gözləntisidir - hansıların ki, reallıqla əlaqəsi kifayət qədər güclü görünür. Onların nə dərəcədə gerçək olacağını isə, yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Hər halda Ermənistandakı proseslər öz finalına doğru gedir...      

Siyasət şöbəsi
 

Tarix: 27-04-2018, 10:09
Xəbəri paylaş





Xəbər lenti