Ərdoğanla Əliyev İrəvan üçün nə hazırlayır? – Ankarada QARABAĞ MÜZAKİRƏSİ


Ərdoğanla Əliyev İrəvan üçün nə hazırlayır? – Ankarada QARABAĞ MÜZAKİRƏSİ

Prezident İlham Əliyev prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Səfər zamanı ciddi müzakirələr aparıldı, ikitərəfli müqaviləər imzalandı. Azərbaycan liderinin prezident seçiləndən sonra ilk səfərini qardaş ölkəyə etməsi artıq ənənə halını alıb, lakin İlham Əliyevin Ankara səfərinə regiondakı proseslər fonunda baxanda fərqli mənzərə ortaya çıxır.

Publika.az xəbər verir ki, Ermənistandakı aksiyaların davam etdiyi bir vaxtda Əliyevlə Ərdoğanın təkbətək görüşdə nələri müzakirə etməsi İrəvanda narahatlıq yaradıb.

Ermənistan mediası Azərbaycan və Türkiyə liderlərinin İrəvanda xalq üsyanından istifadə edərək, Dağlıq Qarabağın azad olunması üçün hərəkətə keçə biləcəyini iddia edir.

Əslində, Ankrada liderlərin Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyi, Ermənistandakı hadisələrin regiona necə təsir edəcəyi və proseslərin hər iki ölkənin maraqları baxımından hansı məcraya yönəldiyinə dair fikir mübadiləsi apardığı şübhəsizdir.

Lakin işğalçı ölkədə Bakı və Ankaranın İrəvanla bağlı hərəkətə keçə biləcəyi narahatlığı var.

Rusiyanın ermənipərəst eksperti Stanislav Tarasovun “Ərdoğan və Əliyev İrəvan üçün nə hazırlayır?” başlıqlı məqaləsi də bu narahatlıqdan qaynaqlanır.

Tarasov iddia edir ki, Ərdoğanla Əliyev İrəvandakı hadisələr fonunda Dağlıq Qarabağın azad olunması üçün yaranan şəraiti dəyərləndirib.

“Əliyevlə Ərdoğan Qarabağ üçün planlar hazırlayır”, - deyə Tarasov iddiasını davam etdirir.

Qeyd edək ki, İrəvanda xalq üsyanı başlayandan sonra Qarabağda toqquşmaların başlaya biləcəyi haqda iddialar səsləndirilir.

Tarix: 27-04-2018, 11:38
Xəbəri paylaş





Xəbər lenti