Hakimiyyət tək nazirlərlə deyil, rayon icra hakimiyyətləri başçılarını da bu günlərdə dəyişmək qərarındadır. Gəncə Şəhər Icra Hakimiyyəti başçısı Elmar Vəliyev paytaxt “meri” olmaq iddiasındadır. Bu məqsədlə onun Bakı Şəhər Icra Hakimiyyəti başçısı olub-olmayacağı sual altındadır. Ancaq bütün hallarda Vəliyevin paytaxta aparılacağı bildirilir. Onun yerinə ən real və razılıq verilmiş namizədin isə Bərdə RIH-nin başçısı Vidadi Isayev olduğu bildirilir. Bərdə rayonuna kimin təyin ediləcəyi isə tam dəqiqləşməyib. Böyük ehtimalla iddialılar arasında olan bir qadın namizədə üstünlük veriləcəyi istisna edilmir.
Goranboy və Ağdam RIH-nin başçılarının bu gün, olmasa növbəti həftə işdən çıxarılacaqları barədə tam qərara gəlinib.
E.Məmməd
REPORTYOR.info