Əgər Rusiya demokratik yola geri dönsə, ABŞ onunla dialoqa hazırdır.
Axar.az xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Maykl Pompeo deyib.
“Biz Rusiyadan onun demokratik dünya ilə birləşməsindən başqa heç nə istəmirik. Biz ruslarla dialoqa hazırıq, amma rusların özləri demokratik dünyanın bir parçası olmağa hazırdırlarmı?” - deyə o bildirib.