Qafqazın düyməsi “dumanlı albion”da basılıb - Əliyevin London səfərinin Gizlinləri...



  

Bu ilin baharında Ermənistanda hakimiyyətə Sərkisyanın biri gedir, biri gəldi. Erməni xalqının yerinə parlament prezident olaraq Armen Sərkiyanı seçdi, xalq isə baş nazir Serj Sərkisyanı devirdi. Yəni, etirazlar Armenə yox, Serjə idi...
Kimdir bu Armen və necə oldu ki, gözəgörünməz qüvvələr siyasi arsenalda az tanınan diplomatı prezident gətirdilər?

Bu suala cavab tapmaq üçün Anaxeber.Az olaraq əvvəlcə xatırlatmaq yerinə düşər ki, Armen Sərkisyan “dumanlı albion”dan gəlib.
Qladio, “Kəllə və Sümüklər”, Tampliyerlər...
O, təsadüfi persona deyil. Ermənistanın İngiltərədə səfiri işləyib. Daha sonra biznes fəaliyyəti ilə məşğul olub.
İngiltərə vətəndaşlığı var, amma özünün dediyinə görə, daha sonra Britaniya vətəndaşlığından imtina edib. Nə vaxtsa Rüstəm İbrahimbəyov ssenarisi də buna yaxın idi...
Keçmişdə Britaniya diplomatiyasını səciyyələndirmək üçün "məkrli Albion" ifadəsindən istifadə olunurdu.
Dünyanın siyasi beyin mərkəzi olan, vəhhabiliyin yaradılmasından Hindistanın müstəmləkəyə çevrilməsinə, Afrikanın parçalanmasına qədər geniş tarixi coğrafiyanın sahibi olan London əksər inqilabların ideoloqudur.
Bu gün dünya miqyasında fitnələrdən bəhs edilərkən bir çox adlar çəkilir. Bunlar Avropa İttifaqı, BMT, NATO, ABŞ və İsrail “dərin dövlətləri”, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad, Qladio, İlluminati, Masonluq, “Kəllə və Sümüklər, “Gül və Xaç”, Tampliyerlər kimi təşkilatlar, “Wall Street”dəki maliyyə baronları, neft trestləri, transmilli korporasiyalardır ki, dünya iqtisadiyyatını idarə edirlər.
Çörçilin xəritəsi və sirli Sərkisyan
Bunlar bənzətmə ilə osminoqun qolları, həmçinin piramidanın alt qatları kimi qəbul edilir. İngiltərə dərin dövləti isə əsrlər boyunca bu iyerarxik sistemin ən yüksək pilləsində olub.
Yaxın Şərqi qana bulayan siyasətlər İngiltərə dərin dövlətinin “əsər”ləridir. Bir çox Yaxın Şərq ölkələrinin əsasını qoyan da İngiltərə olub.
Yaxın Şərq ölkələrinin sərhədləri Çörçillin rəhbərlik etdiyi Qahirə toplantısında çəkilib. Yaxın Şərq ölkələrin rəhbərlərinin əksəriyyəti İngiltərə dərin dövləti tərəfindən vəzifəyə təyin ediliblər.
Belədirsə, İngiltərədə səfir olmuş və Britaniya pasportunu daşımış Armen Sərkisyanın İrəvanda prezident taxtına kimlərin qaldırdığına əlavə suallara yer qalmır.
İngiltərə dərin dövləti Sandhurst Royal Hərbi Akademiyası, SOAS, Exeter, Kembric, Oksford kimi universitetləri öz planlarını həyata keçirmək üçün təhsil mərkəzi olaraq istifadə edir.
20-ci əsrdə Yaxın Şərqi idarə edənlərin əksəriyyəti İngiltərənin bu məşhur mərkəzlərində təhsil almış və İngiltərə dərin dövlətinin planlarına xidmət etmələri üçün vəzifəyə gətiriliblər.
Qansız inqilab və rus orbitindən qopma 
Belədə, qəfildən İrəvanda baş qaldıran xalq hərəkatı, polisin etirazçılara loyallığı, ordunun yersiz olaraq proseslərə qoşulması, bir nəfərin burnu qanamadan ağrısız keçən “məxməri inqilab”ın ssenarisinin hansı siyasi mərkəzin “mətbəx”ində hazırlandığı aydınlaşır.
Bəs, Qriqoryan kilsəsinin Londonla əlaqələri, “ermənilər sağ qalmaq üçün öz qadınlarını başqa xalqlara satan ilk millətdir” deyən Karl Marksla Engelsin kommunizmin əsasını təşkil edən Kommunist Partiyasının manifestini ilk dəfə məhz İngiltərədə çap etdirməsinə nə deyə bilərsiniz?
Dünya siyasətində və inqilabların təşkilində təsadüflər olmur, təsadüflərr meydana çıxmır.
O baxımdan kilsə və Londondakı qladio mərkəzlərin Armen Sərkisyanı hakimiyyətə gətirdiyi, Cənubi Qafqazda daha bir ölkənin düyməsinin basıldığı, Kremldən qoparıldığı, Qərbin bu regionda dominant gücə çevrildiyinə şübhələr qalmır.
Əminliklə söyləmək olar ki, Saakaşvilinin “qızılgül inqilabı” və Paşinyanın “məxməri inqilabı” eyni siyasi mərkəzlərdə hazırlanıb. Və C.Qafqazda iki ölkə üçün artıq yeni dövr başlanır.
Hərgah, Paşinyan Rusiya ilə bağlı ehtiyatlı danışıb, Moskvanı qıcıqlandırmayıb, Kollektiv Təhlükəsizlik Şurasında qalacaqlarını, Avrasiya İttifaqı və Avropa İttifaqı üzvlüyündən çıxmayacaqlarını söyləyib, Saakaşvilinin səhvlərini təkrarlamamağa çalışıb.
Bununla belə, artıq Qafqazda daha bir ölkənin Rusiyanın orbitindən çıxmağa başladığını söyləmək olar.
Moskva öz kadrı olan Karapetyanı, sonra Ermənistanın ən zəngin adamı Tsarukyanı qabağa vermək istədi, onu Moskvaya dəvət etdilər.
Bu da alınmadı və parlamentdə 2-ci böyük fraksiyaya sahib olan Tsarukyan Qərbyönümlü Paşinyanı dəstəklədi. O Paşinyan ki Armen Sərkisyan əleyhinə heç bir tələb və şüar irəli sürmür.
Paşinyan Moskvaya isti mesajlar ünvanlasa da, Moskvanın adamı olmadığı üçün Kreml onun baş nazir seçilməsinə əvvəldən bəri soyuq yanaşır.
Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov qəzəbini gizlədə bilməyərək deyib ki, bu axmağı baş nazir seçmək olmaz.
ABŞ Dövlət Departamentinin bəyanatında isə qeyd olunur ki, Vaşinqton prezident Armen Sarkisyanın tərəflər arasında danışıqlara vasitəçilik etmək səylərini dəstəkləyir. Yəni, vizit kart tam açılır...
Artıq Paşinyan İcevan və Vanadzorda olarkən, Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyası 1 mayda parlamentdə keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini bəyan edib.
Parlamentdə hakim partiyadan sonra ən çox deputatla təmsil olunan Çarukyanın fraksiyası da öz namizədinin olmayacağını, “xalqın namizədinə” səs veriləcəyini bəyan edib.
Əliyevin London səfəri  
Cənubi Qafqazda ingilis barmağı ilə edilən bu dəyişiklik Rusiyanın qulağının dibində baş verdi. Moskvanın müttəfiqini ondan üz döndərmək heç də adi hadisə deyil.
Kremlin buna cavabının nə olacağını gözləmək lazım gələcək. Ancaq reallıq budur ki, Qafqazın iki ölkəsi rus oribitindən qopmaqdadır.
Təkcə Azərbaycan qalır ki, hələlik rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürütməkdə davam edir.
Bugünkü şəraitdə prezident İlham Əliyevin qarşısında strateji dilemma yoxdur ki, Kremli yoxsa Qərbi seçsin. Ancaq növbədənkənar seçkilərin ardınca Əliyevin Qərb ölkələrindən ilk səfərini Britaniyaya etməsi təsadüf deyil.
Ankara səfərin simvolik və mənəvi əhəmiyyətini kənara qoysaq, ilk səfərin görüşün baş nazir Tereza Meylə olduğunu söyləmək olar.
Və görüşdən sonra SOCAR-la bp arasında yeni tərəfdaşlıq, əməkdaşlıq sazişi imzalanır. Yəni, Qafqaza əl qoyan və buranın düyməsini basan ingilis siyasəti bölgədə dominanta çevrilir. İ.Əliyev də bunu nəzərə almamış deyil...
 
 Anaxeber.Az
 Turan
Tarix: 30-04-2018, 08:43
Xəbəri paylaş





Xəbər lenti