Elmar Məmmədyarovu vazkeçilməz edən səbəblər













11 aprel prezident seçkilərindən sonra yeni qurulan hökumətin tərkibində köhnələrdən vəzifəsində saxlanılan nazirlərdən biri də Elmar Məmmədyarov oldu. 

Elmar Məmmədyarov 2 aprel 2004-cü il tarixindən bəri xarici işlər naziri vəzifəsində çalışır. Bu il iyulun 2-də 58 yaşını qeyd edəcək Elmar Məmmədyarovun 14 illik nazir fəaliyyətinə cəmiyyətdə birmənalı münasibət yoxdur. Onun haqqında “peşəkar, savadlı diplomat” fikirləri ilə yanaşı, “müharibə aparan ölkənin yox, sülh dövrü üçün yararlı diplomat” fikirləri var.

Ölkənin baş diplomatı ingilis, rus, alman, fransız, italyan, ispan, portuqal və türk dillərini bilsə də doğma ana dilini elə də yaxşı bilmir. Bu da ona qarşı daim ciddi bir “minus” kimi istifadə edilir. Eyni zamanda E/Məmmədyarovun rəhbərliyi dövründə Azərbaycanın Xarici İşlər Nazirliyi müxtəlif qalmaqallar və korrupsiya iddiaları ilə gündəmə gəlib. Mətbuatda gedən yazılara və dərc olunan sənədlərə əsasən Elmar Məmmədyarova, XİN-in digər rəhbər vəzifəli şəxslərinə və səfirlərə qarşı korrupsiya və başqa qanunsuz əməllər törətmələri barədə ittihamlar yer alıb. 2016-cı ilin aprelində Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında gedən və Azərbaycan tərəfdən 100-dən çox insanın tələfatı ilə nəticələnən döyüşlər zamanı, xüsusilə Tərtər bölgəsində intensiv döyüşlər getdiyi vaxtlarda Elmar Məmmədyarov Bakıda italyan müğənnisi Eros Ramazzottinin konsertində olmuşdu. Nazirin bu davranışı o zaman ciddi ictimai qınaq yaratmışdı. Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı zaman-zaman verdiyi bəyanatlar da müzakirə mövzusuna çevrilmiş və tənqidlərə məruz qalmışdı.

Odur ki, 11 aprel seçkilərindən öncə verilən əksər proqnozlarda vəzifəsindən kənarlaşdırılacaq nazirlər sırasında adı keçənlərdən biri də cənab Elmar Məmmədyarov olmuşdu. Lakin onunla bağlı bütün bu proqnozlar alt-üst oldu. Halbuki, onun fəaliyyətindən hətta hakimiyyətə yaxın deputatlar da narazılıq edirdilər.

Bəs, 14 ildir nazir olan Elmar Məmmədyarovu bu qədər vazkeçilməz edən nədir?

ÐаÑÑинки по запÑоÑÑ Siyasi ekspert, AMÄ°P katibi Æli Orucov

Siyasi ekspert, AMİP katibi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, təkcə xarici işlər naziri Elmar Məmmədyarovun deyil, digər nazirlərin də - hansılar ki, onlar vəzifəsində qaldı – kreslo ilə vidalaşacaqları haqqında məlumatlar getsə də onlara da toxunulmadı. Halbuki adları sadalanan şəxslərin rəhbərlik elədikləri sahədə vəziyyət yaxşı deyil və buna görə onlar məsuliyyət daşıyırlar: “Yəni vəzifəsindən azad edilməli olan tək Elmar Məmmədyarov deyildi. Ancaq belə məlum oldu ki, hələ bu adamlar hakimiyyətə lazımdırlar. Onların hər birinin fərqli və oxşar cəhətlərə görə immuniteti var. Görünür, həm də uzun illərə dayanan diplomatik təcrübəsi vəzifədə saxlanmasına səbəbdir.

Şəxsən mən Xarici İşlər Nazirliyinin fəaliyyətinin qənaətbəxş olmadığı düşüncəsindəyəm. Azərbaycanın xarici siyasət rəhbərinin fəaliyyətsizliyinin nəticəsi idi ki, beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı mövqeyi daha da pisləşdi. Ordumuzun aprel savaşında qazandığı uğur diplomatik müharibədə möhkəmləndirilmədi”.

ÐаÑÑинки по запÑоÑÑ Politoloq, AÄ Partiyanın sÉdri ÆhÉd MÉmmÉdli

Politoloq, AĞ Partiyanın sədri Əhəd Məmmədli də bildirdi ki, Elmar Məmmədyarovu qoruyan səbəblər var: “Düzdür, Elmar müəllim savadlı, təcrübəli diplomatdır. Ancaq müharibə şəraitində olan, Ermənistan kimi aqressiv dövlətlə diplomatik müharibədə olan dövlətin xarici işlər naziri çevik, qətiyyətli diplomat olmalıdır. Elmar Məmmədyarov sülh dövrü üçün yaxşı işləyə biləcək diplomatdır. Mən Məmmədyarovun müəyyən edilən xarici siyasəti zəif yerinə yetirməsi fikrindəyəm. Məmmədyarov kimi nazirlərlə, Bülbüloğlu kimi səfirlərlə xarici siyasətimiz istənilən uğurlu nəticəni verə bilməz. Lobbi siyasətimiz darmadağın, xaricdəki soydaşlarımız arasında birlik çox zəifdir. Səfirlərimizin əksəriyyəti Elmar Məmmədyarova bənzəyirlər. İndiki dönəmdə xarici siyasət, xarici siyasəti aparan şəxslərin seçimində dövlətimiz çox diqqətli olmalıdır və bu sahə dövlətin vacib və prioritet məsələlərindən olmalıdır”.

Etibar SEYİDAĞA

Tarix: 4-05-2018, 23:22
Xəbəri paylaş





Xəbər lenti