"Rəsulzadənin daşı o adamların təpəsinə düşməlidir ki, onun bu millət üçün etdiklərini anlamırlar"

 İstiqlaçı millət vəkili Vahid Əhmədov Moderator.az-la əlaqə saxlayaraq Rəsulzadə ilə bağlı  "Sapı özümüzdən olan baltalar"ın Moskva xəyanətinin izində..." başlıqlı xəbərdən bərk üzüldüyünü dilə gətirib:


Həmin yazı ilə bu linkə daxil olmaqla tanış olmaq mümkündür:http://www.moderator.az/news/257676.html

"Mən Məhəmməd Əmin Rəsulzadənin Moskvada yubileyinin keçirilməsinin əngəllənməsi xəbərindən çox peşman oldum. Əgər iddialar doğrudursa və Cümhuriyyətimizin banisinin ruhunu narahat edənlər bu millətin nümayəndələrindəndirsə, onlara yazıqlar olsun. Nahaq yerə deyilmir ki, o KİŞİnin daşı çox ağırdır, amma o daş o adamların təpəsinə düşməlidir və düşür ki, onun bu millət üçün etdiklərini anlamırlar, sağlığında qiymət verilməsə də, heç olmasa ölümündən 65 il sonra qədrini-qiymətini dərk etmirlər. Bu, gerizəkalılıqdır və milli mənsubiyyətini danmaqdır. Amma Rəsulzadə elə bir günəşdir ki, qarşısından min illər boyu hansı səmtdən gələn qara buludlar keçsə belə, onun hərarətini, şəfəqlərini örtmək kimsəyə nəsib olan deyil. Hesab edirəm ki, rəsmi qurumlar tərəfindən də məsələ araşdırılmalıdır və Moskvada baş verənlərdə kimlərin müdaxiləsi olduğu üzə çıxarılmalıdır. Nəzərə almaq lazımdır ki, cənab prezident İlham Əliyev Cümhuriyyətimizə və onun qurucularına dərin hörmət və ehtiram bəslədiyini verdiyi sərəncamlarla ifadə edib və əlaqədar qurumların da borcudur ki, Rəsulzadəyə qarşı bu hörmətsizliyi ifşa etsinlər". 

Tarix: 8-02-2019, 07:30
Xəbəri paylaş





Xəbər lenti