Putindən ABŞ-a önəmli mesaj

 Rusiya prezidenti Vladimir Putin Moskva, Ankara və Tehranın ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsindəki mövqeyini ifadə edib.
Rusiya, Türkiyə və İran liderlərinin sammitinin yekunlarına dair keçirilən brifinqdə Putin bildirib ki, üç ölkə ABŞ qoşunlarının Suriyadan çıxarılacağına ümid edir və bu ərazilərin hökumət qoşunlarının nəzarətinə verilməsini yeganə doğru qərar hesab edir.
O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada konstitusiya komitəsinin yaradılması ilə bağlı səylərini qeyd edib. Putin bildirib ki, bu istiqamətdə irəliləyiş əldə olunub və yaxın zamanlarda komitənin tərkibi ilə bağlı yekun nəticəni açıqlamaq mümkün olacaq. \\Oxu.az
Tarix: 15-02-2019, 08:19
Xəbəri paylaş





Xəbər lenti