Rus patriarxın Quba məzarlığını ziyarəti - soyqırımı tanıtmaq üçün nə etməli...


Deputatlar Kirilin mövqeyini Azərbaycan siyasətinin uğuru kimi qiymətləndirir

Azərbaycanda rəsmi səfərdə olan bütün Rusiyanın patriarxı Kiril qeyri-rəsmi olaraq Qubaya səfər edib. Patriarx Quba şəhərində ermənilər tərəfindən vəhşicəsinə öldürülən dinc insanların uyuduğu kütləvi məzarlıqda - Soyqırım Memorial Kompleksində olub.  Patriarx oradakı “Xatirə kitabına” ürək sözlərini yazıb: “Qətliam edilmiş günahsızların əbədi xatirəsinə. Qohumlarına, yaxınlarına və öz xalqının faciəsini yadda saxlayan yeni nəslə dərin hüznlə başsağlığı veririəm.+Patriarx Kiril 9.02.2019".

Rusiya dini liderinə məzarlıq barədə geniş məlumat verilib. Bildirilib ki, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı ümumilikdə 16 mindən çox dinc əhali qətlə yetirilib, evlər dağıdılıb, məscidlər yandırılıb. Patriarx Kirilə məlumat verilib ki, bu kütləvi məzarlıq 2007-ci ildə təsadüfi qazıntı zamanı aşkar edilib, arxeoloji qazıntı zamanı burada cavan, yaşlı, uşaq, qadın və kişilərin vəhşicəsinə güllə-baran edildiyi məlum olub.

Eşitdiklərindən və görüntülərdən dəhşətə gələn rus patriarx dinc insanların xüsusi amansızlıqla öldürülməsindən çox sarsıldığını bildirib.

Bəs 31 mart hadisələrinin dünyada soyqırım kimi tanıdılması üçün hansı addımlar atılmalıdır? 

Ä°lgili resim

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunu uğur kimi dəyərləndirdi: “Qonşu dövlətlərin, xüsusilə Rusiyanın mövqeyində Azərbaycana qarşı münasibətdə yaxşıya doğru dəyişikliklərin olması bizim uğurumuzdur. Biz istəyirik ki, qonşularla yaxın münasibətlər yürüdək. Bizdən asılı olmayan səbəblərdən yaranan problemlərin də aradan qaldırılmasına çalışırıq. Ermənistan istisna olmaqla, heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Rusiya böyük dövlətdir və bu dövlətlə münasibətlərin məcraya düşməsi vacibdir. Bəzi Duma üzvlərinin Dağlıq Qarabağa səfərləri, verdikləri məsuliyyətsiz bəyanatlar münasibətlərə xeyli dərəcədə kölgə salır. Amma patriarxın bu səfəri və ortaya qoyduğu mövqe ictimaiyyət tərəfindən müsbət qarşılanır, iki ölkənin münasibətlərinə ciddi təsir edir. Kiril sıradan birisi deyil. Onun  belə mövqeyi gələcəkdə də bizim üçün çox müsbətlər gətirə bilər. Hesab edirəm ki, Kirilin ölkə başçısı ilə görüşünün də məsələlərə xeyli təsiri oldu. Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında bu faktordan da istifadə etmək lazımdır. Düşünürəm ki, Rusiyanın içərisində erməni xislətini tanıtmaq daha mühümdür. Kirilin mövqeyini Azərbaycan siyasətinin uğuru kimi qiymətləndirirəm. Rus patriarxına təşəkkür edirik ki, məsələlərə obyektiv baxır”.

Elman NÉsirov ile ilgili görsel sonucu

Politoloq, deputat Elman Nəsirov Kirilin ziyarətindən bir sıra nəticələrin çıxdığını söylədi: “Kirilin Quba məzarlığında olması və orada olarkən mart soyqırımı ilə bağlı sarsıldığını bildirməsi buradan bir sıra nəticələr çıxarmağa əsas verir. Rusiyanın təxminən 150 milyona yaxın əhalisi var. Rus patriarxın Quba məzarlığını ziyarəti həm də rusiyalı  dindarların patriarxın mövqeyini müdafiə etmələri anlamına da gəlir. Nəzərə alaq ki, dünyada çoxsaylı ölkələrdə pravoslav dini mövcuddur. Kirilin mövqeyi  həm də dünyada pravoslav dininin daşıyıcıları üçün də bir mesajdır. Bu, mart soyqırımına beynəlxalq siyasi hüquqi qiymət verilməsi məsələsini də aktuallaşdırır. Qarşıdan 31 mart soyqırımının növbəti ildönümü gəlir. Biz bunu təbliğat-təşviqat kampaniyasının tərkibinə daha geniş şəkildə daxil edə bilərik. Eyni zamanda Xocalı soyqırımı bütün dünyanın gözü qarşısında törədilib. Kirilin ziyarətinin  soyqırım ərəfəsinə təsadüf etməsi Xocalı faciəsinin bütün dünyada tanıdılması yönündəki fəaliyyətə də bir stimul verə və o proseslərin genişlənməsinə şərait yarada bilər. Çünki dünyanın artıq 10-dan çox ölkəsinin parlamenti bu soyqırımı tanıyıb.

Ona görə də Kirilin bu mövqeyini biz bütövlükdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımın dünyada tanıdılması istiqamətində həlledici addımlardan biri kimi dəyərləndirməli və bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Çünki burada söhbət xristian dünyasından və o dünyanın mühüm bir tərkib hissəsi olan pravoslav kilsəsi və onun rəhbərinin mövqeyindən gedir. Bunlar bizim üçün olduqca vacib məsələlərdir. Hesab edirəm ki, indiki halda bu məsələdən maksimum yararlanmalıyıq. O ölkələrdə ki pravoslav dini kifayət qədər yayılıb və təsir imkanları böyükdür, biz bu məsələləri həmin ölkələrdə qabardıb, Xocalı və 31 mart soyqırımları ilə bağlı ictimai fikrə ciddi təsir edə bilərik”.//“Yeni Müsavat”//


Tarix: 15-02-2019, 08:48
Xəbəri paylaş





Xəbər lenti