“Qarabağdakı müharibə və müharibədən sonrakı vəziyyət bir bəhanə idi” - Paşinyan


 
 
“Ölkədə xalqa qarşı sinfi mübarizə gedir”.
 
Pravda.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarları ilə görüşündə deyib. Onun sözlərinə görə, qarşıdakı parlament seçkilərinin məqsədi “rəhbərlik etdikləri siyasi qüvvənin hakimiyyətdə olub-olmaması deyil”:
 
“Bu seçkilər sizin özünüzün iqtidarda olub-olmamağınızla bağlıdır. Burada elit təbəqə ilə xalq arasında müharibə gedir. Qarabağdakı müharibə və müharibədən sonrakı vəziyyət bir bəhanə idi. Bu, sinif mübarizəsinə çevrildi. Elitanın xalqa və vətəndaşlara, öz xalqına qarşı müharibəsi oldu. Onlar mənə qarşı mübarizə aparırlar”.
Tarix: 12-06-2021, 09:48
Xəbəri paylaş





Xəbər lenti